Mobil versiya
Azərbaycanda körpələrə verilən qəribə adlar - Leysan, Qaroğlan, Tufanə...
Tarix: 26-04-2017 | Saat: 15:57
Bölmə:Media / Aia TV | çapa göndər

Azərbaycanda körpələrə verilən qəribə adlar - Leysan, Qaroğlan, Tufanə...



Azərbaycanda bəzi valideynlər övladlarına təbiət hadisələri və təbiətə aid olan adlar qoyur. Son beş ildə doğulan körpələrdən 15-nə Tufan, 18-nə Leysan, 3-nə Qaryağdı, daha 3-nə Qaroğlan adı verilib.

AİA.Az report-a istinadən xəbər verir ki, körpələrə Orman (son beş ildə 7), Bulud (son beş ildə 31), İldırım (son beş ildə 32), Dağlar (son beş ildə 13) kimi adlar da qoyulub.

Təbiət hadisələri və təbiətə aid olan adlara üstünlük verən valideynlər daha çox Səma (son beş ildə 3868) və Yağmur (son beş ildə 3418) kimi adlara üstünlük verir.

Bundan başqa, son beş ildə körpələrə Buludxan, Buludxanım, Yağmurcan, Yağmur Nur, Yağmur Fatma, Yağmur Dərya, Şimşək, Şimşəkcan, hətta Leysanə, Tufanə kimi adlar da verilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024