Mobil versiya
Dünya ölkələrinin hərbi xərcləri - ABŞ, Çin və Rusiya liderdir
Tarix: 24-04-2017 | Saat: 12:28
Bölmə:Media / Manşet | çapa göndər

Dünya ölkələrinin hərbi xərcləri - ABŞ, Çin və Rusiya liderdir



2016-ci ildə dünya ölkələri hərbi xərclərini 2015-ci illə müqayisədə artırıb.

AzVision.az-ın verdiyi xəbərə görə, SIPRI - Stokholm Beynəlxaq Sülh Araşdırma İnstitutunun hazırladığı hesabatda qeyd edilib ki, hərbi xəclərin ümumi həcmi 2015-ci illə müqayisədə 0,4% artaraq 1,6 trilyon dollar təşkil edib. İlk üçlükdə ABŞ, Çin və Rusiya qərarlaşıb.

2016-ci ildə Amerikanın hərbi xərcləri 611 mlrd dollar təşkil edib. Bu isə 1,7 faiz artım deməkdir. Öz növbəsində Çin 215 milyard, Rusiya isə 69,2 milyard xərcləyib. Ötən il ilk üçlükdə olan Səudiyyə Ərəbistan neftin qiymətini aşağı düşməsi fonunda hərbi xərclərə 63,7 milyard dollar xərcləyərək dördüncü yerdə qərarlaşıb.

Bundan başqa ötən il iqtisadiyyatları neftdən asılı olan ölkələr, Rusiya istisna olmaqla hamısı hərbi büdcələrini azaldıblar. SİRPİ-nin hesabatına görə, ötən il 2015-ci illə müqayisədə Səudiyyə Ərəbistanı özünün hərbi xərclərini 56 faiz, Cənubi Sudan 54 faiz, İraq 36 faiz azaldıb. Həmçinin Anqola, Venesuela, Ekvador və Qazaxıstanda hərbi xərclərini kifayət qədər azaldıblar.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024