Mobil versiya
Bill Qeyts uşaqlarına telefonu qadağan edib
Tarix: 22-04-2017 | Saat: 12:18
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər

Bill Qeyts uşaqlarına telefonu qadağan edib



"14 yaşına qədər övladlarıma mobil telefondan istifadəni qadağan etmişəm”.

Bunu "Microsoft” şirkətinin sahibi Bill Qeyts "Mirror”a müsahibəsində deyib.

Dünyanın ən böyük texnoloji yenilikçisi kimi tanınan Qeyts övladlarının yemək yeyərkən və yatmazdan öncə mobil telefondan istifadə etməsinə qarşı olduğunu deyib: "Yemək yeyərkən mobil telefonlarımız yanımızda olma bilməz. 14 yaşlarına qədər isə övladarıma mobil telefondan istifadəni qadağan etmişəm. Onlar isə hər dəfə mənə digər uşaqların daha erkən yaşda telefondan istifadə etdiklərini bildirərək şikayətlənirdilər”.

Texnologiya ilə böyüyən nəslin qarşılaşdığı problemləri yaxından izlədiyini qeyd edən Qeyts vurğulayıb ki, uşaqların texnologiyadan istifadəsinə məhdudiyyət qoyulmalıdır. 61 yaşlı Qeyts bunu necə etməyin yolunu belə izah edib: "Müasir texnologiyalardan daim necə səmərəli istifadə etdiklərinə nəzarət etməlisiniz. Ev tapşırığı və ya yoldaşları ilə xəbərləşmək kimi məsələlərdə isə ifrat istifadəyə yol verməmələrinə çalışılmalıdır”.(azvision)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə