Mobil versiya
Çılğın, avara, dahi rəssam...
Tarix: 20-04-2017 | Saat: 14:11
Bölmə:Media / Aia TV | çapa göndər

Çılğın, avara, dahi rəssam...


İspan mənşəli Pablo Pikasso öz qeyri-adi işləri ilə öncə sadəcə olaraq hər kəsi heyrətləndirirdi, daha sonra isə XX əsrin bütün incəsənət dünyasına təsir etmişdi. O, kubizmin banisi olmuşdu. O, deyirdi ki, dünyanı gördüyü kimi deyil, təsəvvür etdiyi kimi təsvir edir. Bu daha da qiymətlidir, bu əsl yaradıcılıqdır. Onun işləri ən çox tələb olunan və bütün dünyada ən qiymətli əsərlər hesab edilir.
Pablo Pikasso 1881-ci ildə İspaniyanın Malaqa şəhərində anadan olub. Doğularkən zəiflikdən səsi belə çıxmayan körpəni tibb bacısı ölü zənn edir. Bu bəd xəbəri rəssamın anasına çatdırmaq üçün onu çarpayının üzərinə qoyub otaqdan çıxır. İçəriyə daxil olan tütün aşiqi əmisi körpəni qucağına götürür və çəkdiyi siqarın tüstüsünü onun bəmbəyaz, rəngsiz üzünə üfürür. Bu zaman körpə özünə gəlir, canlanır və bərkdən ağlamağa başlayır. Xaç suyuna salınarkən isə rəssama verilən ad nə az, nə çox, düz 23 sözdən - Pablo Diego Jose Francisco de Paula Juan Nepomuceno Maria de los Remedios Cipriano de la Santisima Trinidad Martyr Patricio Clito Ruiz y Picasso - ibarət idi. Bura rəssamın müxtəlif əcdadlarının və müqəddəslərin adları daxil idi.

Dahi uşaq
Pikassonun atası Xose Ruiz Blasko sənətşünas idi və boş vaxtlarında rəsmlər çəkirdi. Pablo 7 yaşında olarkən atası ona rəsm çəkməyi öyrətməyə başlayır. Uşaqlığından karandaşla aydın təsvirlər edirdi. İspaniyanın cənubunda, rəngarəng Malaqa kəndində həyat, təbiətin əlvan çalarları onun sənətinə öz damğasını vurmuşdu. «Pikador» adlı yağ ilə çəkilmiş ilk əsərini Pablo 8 yaşında olanda çəkmişdi və burada o, öküzlərin döyüşünü təsvir etmişdi. Pablo heç vaxt bu əsərdən ayrılmırdı. Əsərləri onun talismanına çevrilmişdir.Qısa zamanda bütün müəllimlər balaca dahiyə dərs verməkdən imtina edirlər. Səbəb isə çox sadə idi - Pablo rəssamlıqda müəllimlərdən daha çox bilir və daha istedadlı idi. Artıq 13 yaşına çatanda balaca Pablonun atası oğlunun bu istedadının qarşısında baş əyir, bir daha rəsm çəkməməyə söz verir və bütün ləvazimatlarını ona hədiyyə edir. 1894-1895-ci illərdə gənc Pablo La-Korunya, 1895-ci ildə isə Barselona incəsənət məktəbinə daxil olur. 20 yaşına kimi atasının - Ruiz Blasko - adı ilə işləyir, lakin sonradan adətə əsasən anasının qızlıq soyadını - Pikassonu - götürür. 1897-ci ilin sentyabrayında Madridə yollanan Pikasso San-Fernand Akademiyasına daxil olur. 1898-ci ildə isə Pablo Barselonada "Els Quatre Gats" kafesində fəaliyyət göstərən rəssamlar cəmiyyətinə üzv olur və 30 yaşında özünün ilk sərgisini məhz bu kafedə nümayiş etdirir.
Pablo qara göz, dolu, impulsiv, həddindın artıq şöhrət pərəst və çox mövhumatçı idi.

Avara Pikasso
Nə qədər qəribə olsa da, körpə Pablonun dil açdığı zaman dediyi ilk söz də karandaş olub. (İspanca "lapiz" - qısa formada "piz"). Doqquz yaşında Pikasso özünün ilk sona çatdırılmış əsərini çəkir. "Le picador" adlanan rəsm əsərində at üstündəki çapar və ətrafındakı döyüş öküzləri əks olunub. İlk akademik əsəri isə 15 yaşında çəkdiyi "First Communion"dur. Əsərdə rəssam öz atası, anası və bacısının rəsmini işləyir. Sözsüz ki, Pablo oxuduğu illərdə özündən bir neçə yaş böyük tələbələr arasında ən savadlısı və istedadlısı idi. Amma gənc dahi müəllimlərinin yaddaşında ən nadinc və intizamsız tələbə kimi qalıb. Çünki Pikasso həmişə müəllimlərinin ona nə edib, nə etməyəcəyini göstərəndə, nəyisə əmr edəndə çox hirslənirdi və buna görə də vaxtının çoxunu məktəbdə "həbsdə" keçirirdi. "Calaboose" adlanan 4 ağ divar və oturacaqlardan ibarət otağa uşaqları öz səhvlərini başa düşmək üçün salırdılar. Pikasso isə buranı sakitliyinə görə çox sevir, şəkil çəkmək üçün istifadə edir və çölə çıxmaq istəmirdi. Yeri gəlmişkən, Pikasso həmişə yuxudan çox gec oyanır, gündüz vaxtını dostları ilə keçirir, dünya incisi əsərlərini isə gecələr, şam işığında işləməyi sevirdi. Parisdə isə ömrünün ən kasıb günlərini keçirən Pikasso bəzən əsərlərini odun əvəzinə yandırırdı.
Deyilənə görə, günlərin bir günü atası 1 yaşlı oğlundan göyərçinlər əks olmuş rəsmi onun yerinə bitirməsini xahiş edir. Pikasso o qədər əsərə ahudə olur ki, özü rəsm əsəri yaradır. Onun atası bunu görəndə heyrətdən donub qalır. O, uzun müddət özünə gələ bilməyib, sonra isə palitranı, boyaları oğluna verir və incəsənəti tərk edir.
1894-ci ildə onun ailəsi Barselonaya köçür. Burada Pablo incəsənət məktəbinə qəbul olur. O, öz işlərini anasının soyadı ilə imzalayır- Pikasso. 1897-ci ildə Madriddə o, San- Fernando akademiyasına qəbul olmaq üçün müsabiqədən keçir. Elə o zaman gənc Pikasso özünü əsl rəssam olaraq hiss edirdi.
Öz həmkarları, gənc rəssamlarla əlaqə saxlayaraq əsərlərini başqalarının əsərləri ilə müqayisə edərək o, öz əsərlərinin daha zəngin, çalarlı və maraqlı olduğunu görürdü. Beləliklə o getdikcə digərlərindən seçilir və əvəzolunmaz olduğunu düşünməyə başlayır. Lakin o, rəssamın şöhrətə doğru gedən yolunun çətin və uzun olduğunu başa düşürdü. Burada ona şöhrətpərəstlik hissi köməyinə çatır. O, həyatını öz ideyasına həsr etmişdi.
1900-ci ildə Pikasso öz dostları ilə birlikdə Parisə gedirlər. Orada istedadlı rəssamlarla işləməyə və fransız dilini öyrənməyə başlayır. Bir ildən sonra o, məşhur kolleksiyacı Volların qalereyasında öz əsərlərini sərgiyə çıxardır.
Bu dövrdə onun dostunun intiharı Pabloya çox təsir etmişdi. Və onun sənətində mavi dövr yaşanır. Pikasso qəmgin rəsmlər yaratmağa başlayır. Bu əsərlərin qəhrəmanları isə səfillər, kor insanlar, əyyaşlar, fahişələr idilər. Məsələn, «Oğlan uşağı ilə səfil» və s. Onun rəsmlərindəki uzadılmış fiqurlar ispaniyalı El Qrekonun tərzini xatırladırdılar. Lakin tədicən mavi dövr çəhrayı dövr ilə əvəz olunur. O məşhur ə «Hava şarı üzərində qız» əsərini yaradır.
1904-ci ildən etibarən Pikasso Monmartrda məskan salır və burada «Meymunla akrobatın ailəsi» əsəri üzərində işləməyə başlayır. 1907-ci ildə o, rəssam Jorj Brak ilə tanış olur. Qısa bir zamandan sonra onlar birlikdə naturalizmi tərk edirlər və yeni növ incəsənət icad edirlər- kubizm. Pikassonun əsərlərində həndəsi fiqurlar, naturmortların fraqmentləri və insana bənzəməyən üzlər əks olunmağa başlayır («Fernand Olivyenin portreti», «Xort de Ebronun fabrikası»).

Birici dünya müharibəsindən sonra Pikassonun əsərlərindən kubizm yoxa çıxmağa başlayır. O, rus baleti ilə əməkdaşlıq etməyə başlayır, dekorasiyalar və tamaşalar üçün kosytumlar edirdi. Bu zaman o, rus balerinası Olqa Xoxlova ilə tanış olur. Və onlar 1918-ci ildə ailə həyatı qururlar, 1921-ci ildə isə onların oğulları olur. Pikasso hələ də kubistik naturmotrlarını çəkirdi, lakin artıq əsərlərində cədvəllər yaratmağa başlayır.
İspaniyada vətəndaş müharibəsi zaman Pikasso respublikaçılara dəstək çıxırdı və 1937-ci ildə bir sıra akvatintlər yaradır «General Frankonun arzuları və yalanı». Alman və İtalyan aviasiyasının Gernika şəhərini bombalanmasından və insanların həlak olması, dağıntılardan sonra Pikasso bu faciənin bəddi abidəsini yaradır. Bu rəsm ilə o, görünməyən güc qarşısında öz qorxusunu əks etdirir və sanki xəbərdarlıq etmək istəyirdi ki, İspaniyadakı vətəndaş müharibəsi Avropaya da yayıla bilər.

Son
Alman işğalı zaman o, Parisdə qalırdı və yaratmağa davam edirdi, faciənin və faşist rejımi altında yaşamağın ümidsizliyin əks olunduğu portretlər, naturmortlar çəkirdi. O, müharibəyə, Hitlerə nifrət edirdi və 1944-cü ildə Fransız kommunist partiyasının üzvü olur. Lakin Pikasso ideoloji əsərlər yaratmır, partiyanın qanun və qaydalarına tabe olmurdu. Pikassonun "Sülh göyərçini” əsəri faşizmdən azad olmağın rəmzinə çevrilir.
Son illərdə Pikasso müxtəlif üslublarda əsərlər yaradırdı, impressionistləri təqlid edirdi. Ölümündən öncə o, ən çox Modilyananın əsərlərini sevdiyini etiraf etmişdi.
İncəsənətin tənqidçiləri qeyd edirdilər: "Onun yaradıcılığında hər şey eyni dərəcədə qiymətli deyil, lakin onun bütün əsərləri çox dəyərlidir”.
1947-ci ildə Pikasso sənətkarlıqla maraqlanmağa başlayır və öz əlləri ilə dekorativ qablar, boşqablar, saxsılar və heykəlciklər düzəldir. Lakin qısa bir zamandan sonra bezir və yenidən portretlər çəkməyə başlayır.
Pikasso 91 yaşında həyatdan köçdü və özündən sonraya dəyəri 1.1 milyard dollar qiymətləndirilən 50 min-dən çox şəkil, qravüra, skulptur, keramika işləri qoydu.(adalet.az)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024