Mobil versiya
Azərbaycan Türkiyədən "Drone Killer" aldı - FOTOLAR+VİDEO
Tarix: 13-03-2017 | Saat: 16:30
Bölmə:Media / Aia TV | çapa göndər

Azərbaycan Türkiyədən "Drone Killer" aldı - FOTOLAR+VİDEO


Azərbaycan Türkiyənin "Harp Arge" şirkətindən pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan "Drone Killer" silah sistemi alıb.

AzVision.az şirkətin saytına istinadən xəbər verir ki, bu silah ilk dəfə Azərbaycana ixrac edilib.

Pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan silah hazırda Türkiyənin Silahlı Qüvvələrində, Milli Kəşfiyyat Xidmətində və polis orqanlarında terrorla mübarizədə aktiv istifadə edilir.



Qeyd olunub ki, bu silahdan Türkiyə baş naziri Binəli Yıldırımın mühafizəçiləri də istifadə edir. Belə ki, bu silah hücum məqsədilə istifadə edilə biləcək pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparır. Sistem Azərbaycan ordusu tərəfindən uğurla sınaqdan keçirilib.

Xatırladaq ki, pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək üçün nəzərdə tutulan "Drone Killer" silahı 2,4 GHz və 5,8 GHz tezliyində yüksək sürətli elektromaqnit maneələrindən istifadə edir. Belədə PUA ilə idarəetmə mərkəzi arasında əlaqə sistemi pozulur.

AİA.az





[media=https://www.youtube.com/watch?v=oq4t9tiw0do]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024