Mobil versiya
19 yaşlı qız görüşə gedərkən yolda dondu - VİDEO
Tarix: 11-03-2017 | Saat: 13:31
Bölmə:Media / Aia TV | çapa göndər

19 yaşlı qız görüşə gedərkən yolda dondu - VİDEO

ABŞ-ın Minnesota ştatında əsl möcüzə baş verib.

AİA.Az xezerxeber.az-a istinadən xəbər verir ki, 19 yaşlı Cin Hiliard dostu ilə görüşə gedib. Yolda maşını xarab olan qız təyin olunmuş yerə piyada getməyə başlayıb. Cin yorulduğu üçün görüş yerinə 5 metr məsafədə yıxılıb.

Dostu onun "ruh kimi" ağarmış bədənini səhər aşkarlayıb. O, Hiliardı dərhal yaxınlıqdakı xəstəxanaya çatdırıb. Həkimlər müəyyən ediblər ki, onun ürəyi zəif də olsa döyünür. Lakin qızın bədəni o qədər donub ki, ona iynə vurmaq mümkün olmayıb. Onlar xəstəni, sadəcə, termoədyalla bürüyüblər.

12 saatdan sonra qız özünə gəlib. Elə həmin gün Cin əl və ayağını tərpədə bilib. 2 gündən sonra isə o, xəstəxanadan evə buraxılıb.

AİA.az

[media=https://www.youtube.com/watch?v=sbMoZp0RDJY]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024