Mobil versiya
İslam Oyunlarına gələnlərə Şah İsmayılın, Qacarın yediyi təamlar veriləcək
Tarix: 11-03-2017 | Saat: 13:28
Bölmə:Media / Aia TV | çapa göndər

İslam Oyunlarına gələnlərə Şah İsmayılın, Qacarın yediyi təamlar veriləcək

12-22 may 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Müsəlman ölkələrindən gələn idmançılar 10 gün ərzində 20 müxtəlif idman növü üzrə yarışacaqlar. Yarışlarda 55 ölkədən 4 minə yaxın idmançının iştirakı gözlənilir.

Paytaxt Bakıda yarışlar zamanı ölkəyə gələn turistlərin rahatlığının təmin olunması üçün hər bir şərait yaradılıb. Oyunlar həm də ölkəmizin təbliğatı baxımından əhəmiyyətlidir.
Maraqlıdır, kulinarlarımız Azərbaycan mətbəxinin tanıdılması üçün yaranmış fürsətdən necə yararlanacaq?
Modern.az-ın suallarını Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov cavablandırıb:

T.Əmiraslanov deyib ki, Azərbaycana gələn turistlərin yüksək səviyyədə qarşılanması üçün “Xanədan” restoranında hər cür şərait var:

“Əvvəllər bizdə daş qazanlar yox idi. Hazırda xörəklər daş qazanlarda bişirilir. Gildə toyuq hazırlanır. Həmçinin, limon dolmasının bişirilməsini bərpa etmişik. Qeyd edim ki, limon dolması iki günə hazırlanır. Bunlarla yanaşı, əvvəlki yeməklərimiz, həmçinin bərpa olunmuş yeməklər də menyuda yer alır”.

Baş kulinar hər bir restoranın öz menyusu, öz stili olduğunu qeyd edir:

“Qonaqlar özləri seçim etməlidir. “Xanədan”da Azərbaycanın tarixi yeməkləri olacaq. Şah İsmayıl Xətainin, I Şah Abbasın, Şah Qacarın yeməkləri əvvəlki kimi menyumuzda qalmaqdadır. Kim tarixi xörəklərimizin dadına baxmaq istəyəcəksə, biz onlara lazımi xidmət göstərəcəyik”.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli tədbirdir.
İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Sayca İkinci İslam Həmrəyliyi Oyunlarının ilkin olaraq 2009-cu ilin oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayına təxirə salınıb, sonradan ləğv olunub. Növbəti Oyunlar 2013-cü ildə İndoneziyada baş tutub.

İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci seçilmiş Baş Assambleyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar verib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024