Mobil versiya
Bahar Azərbaycana martın 20-də girəcək
Tarix: 10-02-2017 | Saat: 13:08
Bölmə:Media | çapa göndər

Bahar Azərbaycana martın 20-də girəcək







Bu il Azərbaycanda baharın gəlişi martın 20-də Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini Xıdır Mikayılov AZƏRTAC-a bildirib ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiya elmində “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Qeyd edək ki, fevralın 21-i Azərbaycanda Novruzun ilk çərşənbəsi, martın 14-ü isə ilaxır çərşənbədir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə