Mobil versiya
Bakıda maraqlı hadisə: Evi olan ailə kirayələrdə yaşayır
Tarix: 30-08-2017 | Saat: 22:17
Bölmə:Aia TV / Karusel | çapa göndər

Bakıda maraqlı hadisə: Evi olan ailə kirayələrdə yaşayır










29 min 500 manat vererək ev alan ailə indi kirayələrdə yaşayır.

Aia.Az bildirir ki, 3 il əvvəl Elman İbrahimov maklerliklə məşğul olan Namiq Qasımovun vasitəsi ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ 29 ünvanında Esmira Qasımovadan ev alıb. Ancaq İbrahimovlar ailəsi evdə cəmi 4 gün yaşaya bilib. Sən demə Esmira Qasımova qaynatasından miras qalan evi ailənin digər gəlini Əminə Qasımovadan xəbərsiz satıbmış. Əminə Qasımova evə gələrək mənzilin ona aid olduğunu deyib.

Mənzil mübahisəli olması işi məhkəməyə gətirib çıxarıb. Çox keçməyib ki, məhkəmə Əminə Qasımovanın lehinə qərar çıxarıb və mənzili ona verib.

Mənzili satan Esmira Qasımova ilə də əlaqə saxladıq. Kamera qarşısına çıxmaq istəməyən Esmira da evin ona aid olduğunu iddia etdi. O hətta bununla bağlı əlində məhkəmə qərarının olduğunu deyir. Ancaq o həmin qərarları bizə təqdim etmədi.

Esmira Qasımovanın verdiyi sözlərə əməl edib-etməyəcəyi hələ ki, məlum deyil. İndi İbrahimovlar ailəsi aidiyyatı qurumlardan onlara kömək etmələrini istəyir. Hüquqşunas Xəyal Bəşirov deyir ki, bu məsələdə Elman İbrahimova həm maddi həm də mənəvi ziyan dəyib. Elman İbrahimov məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər. Əgər həqiqətən ona maddi və mənəvi ziyanın dəyməsi təsdiqini tapsa, Esmira Qasımova ondan aldığı bütün pulları qaytarmalı olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024