Mobil versiya
"Türkiyədə törədilən terror aktları vahid mərkəzdən idarə olunur"
Tarix: 03-01-2017 | Saat: 17:40
Bölmə:Aia TV / Karusel | çapa göndər

"Türkiyədə törədilən terror aktları vahid mərkəzdən idarə olunur"






Türkiyədə son zamanlar baş verən hadisələr, getdikcə dəst-xəttini dəyişən və daha da qəddarlaşan terror aktlarının törədilməsi bu ölkənin qanlı ocağa, ikinci bir Əfqanıstana, yaxud Suriyaya çevirmək istiqamətində atılan müvafiq addımlara bənzəyir. 2017-ci ilin elə ilk günündə, ilk saatlarındaca İstanbulda gecə klubunda teraktın törədilməsi bu qəddarlığa növbəti sübutdur.


Bunu Aia.Az-a açıqlamasında sabiq xüsusi xidmət orqanı əməkdaşı, təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev yanvarın 1-də İstanbulun "Reina" gecə klubu da daxil olmaqla son zamanlar Türkiyədə törədilən silsilə terror aktlarını dəyərləndirərkən bildirib.



Ekspert qeyd edib ki, Türkiyə hazırda daxildə PKK ilə yanaşı xaricdə, sərhədi yaxınlığında Suriyada İŞİD-lə, PYD ilə də mübarizə aparır. Sifarişçilərin planı isə, sanki, Türkiyə dövlətini məhv etməkdir: "Bu məqsədlə Türkiyə hakimiyyətinin idarəetmə sistemində gücünün çatmaması və vətəndaşların hakimiyyətdən narazı olması görüntüsünü yaratmağa, eləcə də xüsusi xidmət orqanlarındakı boşluqları ortaya çıxarmağa çalışırlar. Bundan başqa KİV-lərin gücündən istifadə edərək bu təbliğatın daha geniş miqyasda aparılması xarici xüsusi xidmət orqanlarının burada birbaşa əli olduğuna işarədir.



Həm PYD, həm PKK, həm də İŞİD-in birbaşa olmasa da, dolayısı ilə Türkiyəyə qarşı birləşməsi və ona eyni vaxtda, müxtəlif vasitələrdən istifadə etməklə eyni yolla zərbə vurması və eyni mərama xidmət etməsi bu terror təşkilatlarının bir mərkəzdən idarə olunmasına bənzəyir. Bundan başqa, görünür, Türkiyənin Rusiya ilə yaxınlaşması, regionda kiminsə digər birinin nüfuz sahibi olması da Qərbdəki bir sıra qurumları və dairələri narahat edir. Ehtimal ki, bu yaxınlaşmanın əleyhinə olan həmin qüvvələr işlərini bu yolla görür, öz məqsədlərinə nail olmağa çalışırlar".



A.Nağıyevin fikrincə, Türkiyənin xüsusi xidmət orqanları daha ayıq-sayıq olmalı, miqrant kütlələrinə qarşı, onların arasında potensial terrorçuların ola bilməsi məsələsində həddən artıq diqqətli olmalıdırlar: "Hamı başa düşməlidir ki, məqsəd konkret Türkiyə dövlətini və dövləçiliyini zəiflətmək və hakimiyyətə qarşı olan inamı sındırmaqdan ibarətdir. Bu istiqamətdə ölkənin xüsusi xidmət orqanları, eyni zamanda, rəhbərliyi öz qərarlarını verməlidirlər".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə