Mobil versiya
"Bizə əmanət olan səfiri kürəyindən vurdular" - YENİLƏNİB
Tarix: 20-12-2016 | Saat: 21:17
Bölmə:Aia TV | çapa göndər

"Bizə əmanət olan səfiri kürəyindən vurdular" - YENİLƏNİB






Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bir diplomat olaraq hörmət etdiyim dostum idi.
20:54

Aia.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Avrasiya" tunelinin açılışı mərasimində çıxışı zamanı söyləyib.

Ərdoğanın sözlərinə görə, A.Karlov bir həftə öncə Tatarıstan prezidentinin onunla görüşünü təşkil edib: "Birlikdə bəzi fikir mübadilələri aparmışdıq. Səmimi, simpatik bir insan idi. Dünən gecə saatlarında məruz qaldığı sui-qəsd və nəticəsi həqiqətən də çox kədərlidir. Öz adımdan və millətimin adından bu qətliamı şiddətlə qınayır, lənətləyirəm. Cənab Putin başda olmaqla bütün dost Rusiya xalqına başsağlığı verirəm".

----------

17:18

"Bizə əmanət olan səfiri kürəyindən vurdular. Bu, alçaqların əməlidir".

Aia.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Avrasiya tunelinin açılışında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Qətli törədənin əlaqələri araşdırılır və yavaş-yavaş üzə çıxır. Türkiyənin 2023-cü il hədəflərindən uzaqlaşdırmaq, dünyanın ən güclü 10 ölkəsindən biri olmasının qarşısını almağa çalışırlar".

Ərdoğan qeyd edib ki, dağlarda məğlub olan terrorçular şəhərlərə, küçələrə eniblər: "Türkiyəni bir əsr sonra ya olum, ya ölüm nöqtəsinə gətirənlər yaxın vaxtlarda səhv etdiklərini anlayacaqlar".

Türkiyə prezidenti bildirib ki, hər zaman məzlumların yanında olacaqlar: "Suriyada terrora qarşı mübarizə aparırıq, Hələbdən məzlumları biz çıxarır, İdlibə yerləşdiririk. Lazım olsa, onları Türkiyəyə gətirəcəyik. Hazırda 2,7 milyon qaçqın var, lap 3 milyon olsun. Əcdadlarımız hər zaman məzlumların yanında oldu, biz də məzlumların yanında olacağıq".

Trend-in məlumatına görə, Ərdoğan deyib ki, Türkiyə Rusiya ilə münasibətlərin pisləşməsinə imkan verməyəcək:

"Mən ötən gün telefon danışığında Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verdim. Bizim ümumi fikrimiz var ki, bu hadisə Türkiyə-Rusiya münasibətlərinə qarşı yönəlmiş açıq təxribatdır. Moskva və Ankara insidentin araşdırılması üzrə birgə komissiya yaradıblar".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024