Şahmar Mövsümov: "Dövlət Neft Fondunun gəlirləri proqnozlardan xeyli çox olacaq"
Tarix: 19-12-2016 | Saat: 20:52
Bölmə:Aia TV | çapa göndər
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı il üçün gəlirləri proqnozlardan xeyli çox olacaq.
Aia.Az xəbər verir ki, bunu Trend-ə Fondun icraçı direktoru Şahmar Mövsümov deyib.
Ş.Mövsümov bildirib ki, cari ilin əvvəlində Dövlət Neft Fondunun büdcəsinə dəyişiklik edildi və büdcə neftin bir barelinin qiyməti 25 dollardan nəzərə alınmaqla hesablandı:
"Ancaq il ərzində neftin bir barelinin orta qiyməti 42 dollardan yüksək olub. Ona görə də bizim gəlirlərimiz proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə çox olacaq".
ARDNF-də manat kütləsinin yaranması məsələsinə gəlincə, Ş.Mövsümov qeyd edib ki, Fond qrafikə uyğun olaraq dövlət büdcəsinə köçürmənin tam təmin edilməsi məqsədilə valyuta hərraclarında valyuta satışını davam edirir: "Lakin büdcəyə həmin mütəmadiliklə manat ehtiyacı olmadığından bizdə müəyyən qalıqlar yaranıb. Amma ümid edirəm ki, ilin sonuna qədər büdcəyə vəsait tam köçürüləcək".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər