Mobil versiya
"Bizə uşaq lazım deyil" - İkinci dəfə ərə gedən aktrisa
Tarix: 08-12-2016 | Saat: 17:50
Bölmə:Aia TV | çapa göndər

"Bizə uşaq lazım deyil" - İkinci dəfə ərə gedən aktrisa





Gənc Tamaşaçılar teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva ərə gedib.

aia.az xəbər verir ki, bu barədə aznews.az-a onun özü məlumat verib. O bildirib ki, noyabr ayının sonlarında cütlük arasında nikah bağlanıb:

"Evlənmişik. Bu il mənə düşərli oldu. Bəyin özünün evi var. Amma hələ kimin evində yaşayacağımızla bağlı qərar verməmişik."

Aktrisa həyat yoldaşının kimliyini açıqlamaq istəmədiyini deyib: "Onun kimliyi ancaq mənə lazımdır".

Naibə Allahverdiyeva ikinci evliliyindən uşaq dünyaya gətirmək arzusunda olmadığını vurğuladı:

"Bu yaşdan sonra nə uşaq? Yox, uşaq istəmirəm. Onun da mənim kimi uşaqları var. Bizə uşaq lazım deyil. Bu gündən sonra ancaq özümüzə baxacayıq. Biz bir-birimiz üçün yaşamaq fikirindəyik. Dünyanı gəzmək, yaşadığımız bütün acıları unutmaq və bir-birimizə dəstək olmaq. İkinci evliliyin prinsipi budur. İnsan yaşa dolanda tənhalığı daha çox hiss edir. Uşaqlardan biri evlənib, biri gəlin köçəcək, sonra biz tənha qalacayıq. Odur ki, qalan həyatı tək yaşamayaq. Pis gözlərdən, nəzərlərdən uzaq olaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024