Mobil versiya
Bərdədə keçirilən it döyüşündən - FOTOLAR - VİDEO
Tarix: 31-10-2016 | Saat: 13:41
Bölmə:Aia TV | çapa göndər



Hazırda Bərdədə it döyüşü həvəskarları toplaşıb.
Bu barədə musavat.com-a it döyüşü keçirilən ərazidə olan vətəndaşlardan biri məlumat verib.

O, deyib ki, bu, sadəcə ikili döyüşlərdir, çempionat deyil. Kim istəsə, öz itini bəhsə qoşulmağa həvəsi olan digər birinin iti ilə boğuşdurur. Ortaya, kimin gücü nəyə çatırsa, bəhs məbləği də qoyulur.

Hazırda Azərbaycanın ən müxtəlif bölgələrindən öz itləri ilə Bərdəyə gələn həvəskarlar orada it boğuşdurmaqla məşğuldurlar.

Qeyd edək ki, it boğuşdurma, xoruz döyüşdürmə Azərbaycanda qədim zamanlarda da mövcud olub. İspanlarda öküzlə insanın döyüşü – korrida olduğu kimi, bizdə də bu azart milli köklərimizdən gəlir.

Lakin hazırda Azərbaycanda it və xoruz döyüşləri rəsmi olaraq yasaqlanıb.

[media=https://youtu.be/vGoaJO2wpH0]








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024