Mobil versiya
"Rusiya İncirlik hərbi bazasından istifadə üçün müraciət etməyib"
Tarix: 20-08-2016 | Saat: 17:30
Bölmə:Aia TV | çapa göndər

"Rusiya İncirlik hərbi bazasından istifadə üçün müraciət etməyib"





"Rusiya İncirlik hərbi hava bazasından itifadə ilə bağlı Türkiyəyə müraciət etməyib".

Aia.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
Onun sözlərinə görə, Rusiyanın Türkiyənin aviabazasına ehtiyacı yoxdur: "Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyada yerləşmək imkanı var".
Baş nazir Türkiyənin hava sərhədini pozduğuna görə vurulan Rusiyanın "Su-24" döyüş təyyarəsi ilə bağlı hadisəni şərh edərkən bunu lüzumsuz böhran adlandırıb.
O, Türkiyənin İranla birlikdə Suriyadakı vəziyyətin yaxşılaşması istiqamətində addımlar atmaq və Misirilə münasibətləri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, İncirlik NATO-nun Türkiyədəki hərbi hava bazasıdır. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri terrorçuların Suriyadakı mövqelərini bombalamaq üçün bu bazadan istifadə edir.

Aia.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024