Mobil versiya
Saakaşvilinin zirehli avtomobili oğurlanıb
Tarix: 07-07-2016 | Saat: 11:32
Bölmə:Aia TV | çapa göndər

Saakaşvilinin zirehli avtomobili oğurlanıb







İyulun 6-da Kiyevdə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin zirehli avtomobili oğurlanıb.

Aia.az-nın "strana.ua" saytına istinadən verdiyi xəbərə görə, 6 milyon qrivna dəyərində "Toyota Land Cruser" avtomobilinin "Quqa" ləqəbli kriminal avtoritet Sergey Qlontinin mütəşəkkil cinayətkar dəstəsi tərəfindən oğurlandığı bildirilir.

S. Qlonti hazırda təcridxanadadır və bu gün məhkəmə onun apellyasiya şikayətinə baxmalıdır. Oğurluğun Ukrayna hüquq-mühafizə orqanlarındakı "gürcü klanı"nın S. Qlontiyə loyallığına nail olmaq məqsədilə törədildiyi xəbər verilir. Məhkəmə vəkillərin arqumentləri ilə razılaşarsa, S. Qlonti ekstradisiya edilməyəcək və azadlığa buraxılacaq. Bu halda avtomobil sahibinə qaytarılacaq.

Tiflis kriminalının liderlərindən olan S. Qlonti bu il iyunun 21-də Macarıstan hüquq-mühafizə orqanlarının ötürdüyü informasiya əsasında Kiyevdə saxlanılıb. Ona 40 sutka inzibati həbs cəzası verilib. S. Qlonti fırıldaq yolu ilə Macarıstan vətəndaşlığı almaq cəhdində günahlandırılır.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024