Mobil versiya
SOCAR Mübariz Mənsimova 120 milyon pul verdi
Tarix: 01-07-2016 | Saat: 13:16
Bölmə:Aia TV | çapa göndər

SOCAR Mübariz Mənsimova 120 milyon pul verdi







SOCAR "Palmali International Holding Co Ltd"-yə ("Palmali") 120 mln. ABŞ dolları məbləğində kredit ayırıb.

Aia.Az APA-ya istinadən bildirir ki, bu barədə SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında deyilir.

Hesabatda deyilir ki, kreditin müddəti 31 dekabr 2021-ci il tarixində başa çatacaq. Kredit illik LİBOR üstəgəl 4,5% dərəcəsi ilə ayrılıb.

Müqavilənin şərtlərinə əsasən, əsas və faiz məbləği hər rüb ödənilməlidir. 31 dekabr 2015-ci il tarixinə "Palmali"yə verilmiş kredit üzrə alınacaq məbləğin balans dəyəri 122 milyon manatdır.

Qeyd edək ki, SOCAR və "Palmali"nin səhmdarları arasında 7 oktyabr 2009-cu il tarixində imzalanmış Səhmlərin Girovu haqqında Sazişə və Korporativ Zəmanətə uyğun olaraq qarşı tərəf 514 ümumi təsdiqlənmiş və buraxılmış səhmdən 340 səhmi və "Palmali"dəki müvafiq iştirak payını yuxarıda qeyd olunan kredit müqaviləsinin yerinə yetirilməsinin təminatı kimi girov qoyub.

Bundan əlavə, xam neft və neft məhsullarının nəqli ilə bağlı 20 mart 2008-ci il tarixində SOCAR-ın törəmə müəssisələrindən biri ilə imzalanmış nəqliyyat xidmətləri üzrə müqaviləyə uyğun olaraq, "Palmali" əldə etdiyi və ya əldə edəcəyi ümumi gəlirlər və vəsaitlərdəki bütün hüquq və paylarını SOCAR-ın xeyrinə girov qoyub. Bu girov müqavilələri "Palmali"nin SOCAR qarşısında öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaq.

Xatırladaq ki, Palmali şirkətlər Qrupu azərbaycanlı milyarder Mübariz Mənsimova məxsusdur.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024