Mobil versiya
Dörd ölkənin vətəndaşlarına Özbəkistana giriş qadağan olundu
Tarix: 15-06-2016 | Saat: 12:08
Bölmə:Aia TV | çapa göndər

Dörd ölkənin vətəndaşlarına Özbəkistana giriş qadağan olundu





Özbəkistan hökuməti Qırğızıstan, Tacikistan, Qazaxıstan və Türkmənistan vətəndaşlarının və nəqliyyat vasitələrinin ölkəyə daxil olmasını müvəqqəti məhdudlaşdırıb.

Aia.Az virtualaz.org-a istinadən bildirir ki, məlumatı Özbəkistanın Dövlət Sərhəd Xidməti verib.

Qadağa iyunun 15-dən 25-nə kimi qüvvədə olacaq. Bununla birgə, Oş vilayətinin Qara-Suuy rayonunun Barak eksklavının sakinləri üçün Qırğızıstan-Özbəkistan sərhədi əvvəlkitək şəffaf olacaq.

Qoyulmuş məhdudiyyətin səbəbləri açıqlanmır. Güman edilir ki, bu iyunun 23-24-də Daşkənddə keçirilməsi nəzərdə tutulan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqədardır.

İyunun 16-dan etibarən Özbəkistanın öz əyalətlərinin sakinləri üçün də Daşkəndə giriş qadağan ediləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024