Mobil versiya
"Əlimdəki bıçaqla kürəyindən iki dəfə vurdum" - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO
Tarix: 24-05-2016 | Saat: 21:11
Bölmə:Aia TV | çapa göndər

"Əlimdəki bıçaqla kürəyindən iki dəfə vurdum" - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO





Samuxda bir yerdə yeyib-içən həmkəndlilər sonda qanlı olay törədiblər. Gənclərdən biri digərinə bıçaqla xəsarət yetirib. Nəticədə həmkəndlilərdən biri xəstəxanaya, digəri isə dəmir barmaqlıqlar arasına aparılıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, bu gecə saat 03:00 radələrində Samux rayonunun 25 yaşlı Maqadin Musayev üzərində bir neçə bıçaq xəsarətləri olan yaralarla Gəncə şəhər Abbas Səhhət adına Xəstəxananın cərrahiyyə şöbəsinə gətirilib. Müayinə zamanı ona döş qəfəsinin sol yarısının arxa və ön səthini dəlib keçən yarası diaqnozu qoyulub. Yaralı dərhal əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Nazilə Balakişiyeva - həkim: "Samux rayon Sərkar kənd sakini döş qəfəsinin bıçaq yarası ilə gətirilib. Əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti stabildir"

Hadisə ilə bağlı məlumat alan Samux Rayon Polis Şöbəsinin əməliyyat qrupu dərhal araşdırmalara başlayıb. Müəyyən edilib ki, Maqadin Musayev əvvəllər məhkumluq həyatı yaşayan həmyerlisi, 22 yaşlı Möhsün Əliquliyev tərəfindən bıçaqlanıb.

Əşrəf Yusifzadə - müstəntiq: "Sərkar kənd sakini 1994 cü il təvəllüdlü Möhsün Əliquliyev həmyerlisi, 1991-ci il təvəllüdlü Maqadin Musayevlə mübahisə edib. Bu zaman Möhsün Əliquliyev üzərində gzədridiyi bıçaqla sonuncuya iki bıçaq zərbəsi endirməklə ona ağır bədən xəsarətləri yetirib. Uğurla keçirilən əməliyyat tədbirləri nəticəsində Möhsün Əliquliyev saxlanılaraq istintaqa təhvil verilib.

İlkin ifadəsi zamanı saxlanılan Möhsün Əliquliyev həmkəndlisini bıçaqladığını etiraf edib. O bildirib ki, zərərçəkən Maqadin Musayev Sərkar kəndində fəaliyyət göstərən yeməkxanaların birində onun ünvanına nalayiq ifadələr işlədib. Hadisənin baş verməsinə səbəb də elə bu olub.

Möhsün Əliquliyev saxlanılan şəxs: "Mənə bir neçə nalayiq sözlər dedi. Mən də buna görə onu bir xeyli aralıya apardım. Mübahisə zamanı mən əlimdəki bıçaqla kürəyindən iki dəfə vurdum".

Törətdiyi cinayətə görə özünü qismən təqsirli bilən Möhsün Əliquliyevin barəsində yerli məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. İş üzrə istintaq davam etdirilir.

----------

13:37

Samux rayonunun Sərkar kəndində bıçaqlanma hadisəsi baş verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, 25 yaşlı Maqadin Musayev Gəncə şəhər Abbas Səhhət adına Xəstəxananın cərrahiyyə şöbəsinə gətirilib. Müayinə zamanı ona döş qəfəsinin sol yarısının arxa və ön səthini dəlib-keçən yarası diaqnozu qoyulub. Yaralı dərhal əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Nazilə Balakişiyeva - həkim: "Samux rayon Sərkar kənd sakini döş qəfəsinin bıçaq yarası ilə gətirilib. Əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti stabildir".

Aparılan araşdırmalar zamanı məlum olub ki, Maqadin Musayev əvvəllər məhkum olunmuş Möhsün Əliquliyev tərəfindən bıçaqlanıb. O, hadisədən sonra qaçıb gözlənsə də polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

---------

10:45

Samux rayonunun Sərkar kəndində bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Abbas Səhət adına Xəstəxanadan Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, 25 yaşlı Maqadin Musayev tibb müəssisəsinin cərrahiyyə şöbəsinə gətirilib. Müayinə zamanı döş qəfəsinin sol yarısının arxa və ön səthini dəlib keçən yarası diaqnozu qoyulub.

Yaralı dərhal əməliyyat olunub, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024