Mobil versiya
Leş ətləri sifariş edən məlum oldu
Tarix: 12-05-2016 | Saat: 18:28
Bölmə:Aia TV | çapa göndər

Leş ətləri sifariş edən məlum oldu







Şadlıq evləri, kolbasa sexləri…

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Ağdaş rayonunda keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakinləri – Cavanşir Əliyev, Rövşən Hüseynov və Orxan Hüseynov 945 kiloqram mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər əldə etdikləri xəstə, ölü atların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyiblər.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Modern.az saytına deyib ki, iş hüquq-mühafizə orqanlarının əməkdaşalarının nəzarətində, prokurordadır:

“Saxlanan şəxslər bizə ətraflı məlumat vermir. Onlar bildirir ki, leşləri paytaxta guya satış məqsədilə gətirirmişlər. Həmçinin, deyirlər ki, sağlamlıq üçün zərərli olan həmin ətlər bəzi şadlıq evlərinə, dönərxanlara satılması üçün sifariş edilib. Amma təəssüf ki, konkret adlar bizə bəlli deyil. Hər halda hüquq-mühafizə orqanlarının müvafiq araşdırmalarından sonra müəyyən suallara aydınlıq gələcək.

Bunlar gizlin formada gətirilən məhsullardır. Biz müvafiq olaraq müayinələr aparırıq. Nəticələrə uyğun olaraq qərar qəbul edilir”.

Qurum rəsmisi yararsız at leşlərinin kolbasa və sosiska emalında istifadəsini istisna etməyib: “Həmin məhsulların kolbasa və sosiska istehsalı ilə məşğul olan sexlərə verilməsi də istisna edilmir. Təsadüfi deyil ki, kolbasa-sosiska istehsalı ilə məşğul olan iki sexdə neqativ hal aşkarlamışıq. Bunlardan biri Abşeron rayonu, Qurtuluş massivi ərazisində yerləşən sex idi. Digəri isə Qaraçuxur qəsəbəsində yerləşən “Zirvə” kolbasa və sosiska məmulatları sexidir. Həmin reydlərdə də 1 tona yaxın mənşəyi bəlli olmayan, zərərli at və toyuq ətləri, digər iribuynuzlu heyvanların ətləri aşkar olundu. Laborator müayinələrdən sonra zərəsizləşdirildi”.

Y.Xanvəli 2015-ci il ərzində insan qidası üçün təhlükəli olan 55 tondan çox belə ətin Dövlət Baytarlıq İdarəsi tərəfindən zərərsizləşdirildiyini bildirib: “Cari ilin 4 ayı ərzində isə 14 tondan yuxarı belə məhsullar aşkarlanıb və laboratoriyada müayinələr aparılıb. Nəticələrə uyğun olaraq məhsullar zərərsizləşdirilib”.

Qeyd edək ki, “Yeni Müsavat”a verilən məlumata görə, “leş mafiyası”na dəstək verənlərin sırasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Hacı Allahşükür Paşazadənin yaxın çevrəsindəki şəxslərin adları hallanır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da son müsahibəsində “leş mafiyası”nı yalnız Hacı Allahşükür Paşazadənin durdura biləcəyini söyləyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024