Mobil versiya
Kamal Abdulla Beynəlxalq Akademiyanın akademiki seçildi
Tarix: 08-05-2016 | Saat: 13:20
Bölmə:Aia TV | çapa göndər

Kamal Abdulla Beynəlxalq Akademiyanın akademiki seçildi








Məşhur yazıçı- publisist, dramaturq, akademik Kamal Abdulla Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü - akademiki seçilib.

Aia.az məlumatına görə, akademiyanın Rəyasət Heyətinin bu il aprelin 27-də keçirilmiş iclasında Kamal Abdullanın türk dünyası qarşısında müstəsna xidmətləri, türkdilli ədəbiyyatın tədqiqi və zənginləşdirilməsi sahəsində böyük elmi-praktik fəaliyyəti nəzərə alınaraq bu məşhur elm ocağının akademiki seçilməsi haqqında yekdilliklə qərar qəbul edilib.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türk dünyasında və türk toplumlarının yaşadığı ölkələrdə türk dilini, tarixini, mədəniyyətini öyrənmək, araşdırmaq və yaymaq məqsədi ilə yaradılmış beynəlxalq elmi qurumdur. Hazırda akademiyanın ABŞ, Fransa, İtaliya, İngiltərə, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Suriya, İordaniya, Misir, Ukrayna, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Kosova, Makedoniya, Yunanıstan, Çin kimi ölkələrdə rəsmi təmsilçilikləri var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024