Mobil versiya
Türkiyədə "canlı bomba" tutuldu
Tarix: 07-05-2016 | Saat: 11:22
Bölmə:Aia TV | çapa göndər

Türkiyədə "canlı bomba" tutuldu








Türkiyədə kamikadze olmağa hazırlaşan gənc qız tutulub.

Aia.Az anspress-ə istinadən bildirir ki, Konya şəhərində PKK terror təşkilatının gənclik qolunun üzvü olan "Jinda" kod adlı Şırnak sakini 25 yaşlı Necla Y. və onunla əlaqədə olan 4 nəfər saxlanılıb. İddiaya görə, qadın Suriyada "canlı bomba" təlimi alıb. O, Konyada polisə qarşı terror aktı həyata keçirməyə hazırlaşıb.

Şübhəli şəxs barədə polisə məlumat mayın 5-də daxil olub. Polis şübhəli qadının axtarışda olan terrorçular siyahısında olduğunu müəyyən edib. Polis onun gəlib-getdiyi evlərdən birində əməliyyat keçirsə də qadını orada tapa bilməyib. Ev sahibinin telefonunda "Jinda" ilə olan fotolar aşkar edilib.

Bundan sonra polis daha bir neçə evdə əməliyyat həyata keçirib. Lakin onu tapmaq mümkün olmayıb. Saxlanılanlar onun kafelərdən birində olduğunu bildiriblər. Bundan sonra "Jinda"nı yaxalamaq mümkün olub. Qadınla bağlı araşdırma davam edir.

Məlumata görə, o polis idarəsi, polis əməkdaşlarının keçdiyi yollarla bağlı kəşfiyyat məlumatları toplayıb.

Konyada aprelin sonlarında da terror hazırlığında olduğu iddia edilən şəxslər yaxalanmışdılar. Məlumata görə, İŞİD terrorçuları baş nazir Əhməd Davudoğlunun Konyada qatıldığı İslam Dünyası Turizm Paytaxtı tədbirində terror hadisəsi törətməyi planlaşdırıb.

İki ay davam edən izləmədən sonra İsa Almseytefin (25 yaş) İŞİD üzvü olduğu müəyyən edilib və o saxlanılıb.

Şübhəli şəxs Davudoğlunun qatıldığı konqresin keçirildiyi 10 min nəfərlik mərkəzdə kəşfiyyat da aparıb. Bu kəşfiyyatdan sonra İsa Almseytef Suriya ilə sərhəddə gözləyən kamikadzeyə təhlükəsizlik tədbirlərinin güclü olması, hücum və hədəfə çatmağın çətin, riskli olacağı barədə məlumat verib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024