Mobil versiya
Bakı metrosundan qatarların nasazlığı ittihamına cavab
Tarix: 06-05-2016 | Saat: 21:33
Bölmə:Aia TV | çapa göndər

Bakı metrosundan qatarların nasazlığı ittihamına cavab







İlbəil metroda qatarların nasazlıq ucbatından tuneldə qalması, eləcə də gecikməsi halları azalır. Əvvəlki illərlə müqayisədə belə hallar qat-qat azalıb. Belə halların tez-tez baş verdiyini söyləyənlər isə bizə qarşı ən azından ədalətsizlik etmiş olurlar, bəzən isə qərəzli davranırlar.
Bunu Aia.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev metroda qatarların nasazlıq ucbatından tuneldə qalması halları ilə bağlı məsələyə aydınlıq gətirərkən bildirib.



Şöbə rəisi bu halların azalmasının səbəblərini də açıqlayıb: "Səbəbi odur ki, daha əvvəlki illərlə müqayisədə kifayət qədər ehtiyat hissələri və avadanlıqlar alınıb. Hazırda depoda qatarların vaxtlı-vaxtında təmir olunması üçün bütün ehtiyat tədbirlər görülüb. Bundan əlavə, qatarlar növbəli iş rejimində depoya gələndə, eləcə də səhər xəttə buraxılmazdan əvvəl tam yoxlanılır və yalnız saz vəziyyətdə olduqda onların istismara buraxılmasına icazə verilir. Yeni yaradılmış diaqnostika kompleksi də xətləri, tunelləri, eyni zamanda bütün avadanlıqları ciddi şəkildə yoxlayır. Ona görə də bu sahədə müsbət nəticələr əldə olunub".



Bununla yanaşı, N.Paşayev bildirib ki, qatarlarda hər bir texnikada olduğu kimi müəyyən nasazlıqlar yarana bilər və onlar ara-sıra belə halların baş verdiyini də təkzib etmirlər: "Ola bilər ki, hərəkətdə olan qatarda hansısa nasazlıq yaransın. Belə olanda da dərhal onun qarşısı alınır və nəticəsi aradan qaldırılır. Sərnişinlərin təhlükəsiliyi ən ümdə məsələ olduğuna görə, həmin vaxt, ilk növbədə, sərnişinlər qatardan təxliyə olunur, qatar depoya göndərilir, onun yerinə isə xəttə dərhal başqa bir ehtiyat qatar buraxılır".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024