Mobil versiya
Böyrəyini satıb ev aldı, zəlzələ dağıtdı
Tarix: 02-05-2016 | Saat: 19:59
Bölmə:Aia TV | çapa göndər

Böyrəyini satıb ev aldı, zəlzələ dağıtdı






İnanmaq bir qədər çətin olsa da, demək olar ki, bütün sakinləri bir böyrəklə yaşayan yerlər mövcuddur. Buna səbəb böyrəklərdən birinin satılmasıdır və heç də hər zaman böyrək sahibləri belə əməliyyata razılıq vermirlər.

Nepalın Hokse kəndindəki kişilər böyrəkləri götürüldükdən sonra qalan çapıq izlərini nümayiş etdirirlər.

Belə yerlərdə insanı əməliyyat etmək üçün onları küçənin ortasında oğurlaya, qızıldan dağlar verəcəklərinə söz verə, hətta "böyrək yenidən boy atacaq" deyə əmin edə bilərlər.

Nepalda yerləşən kiçik Hokse kəndini bu acınacaqlı şöhrətinə görə "böyrək kəndi" adlandırırlar.



Hokse kəndinin, demək olar, hər bir sakininin bir böyrəyi qalıb.

Orqanların satışı üzrə brokerlər Hokse kəndi və onun yaxın ətrafına tez-tez gələrək pula ehtiyac duyan sakinləri böyrəyindən azad olmağa cəlb edirlər.

Bu brokerlər məqsədlərinə çatmaq üçün istənilən hiyləyə əl atırlar. Kənd sakinlərinin kasıblığından və zəif təhsil görmələrindən istifadə edərək bu yazıq insanları insan üçün iki böyrəyin yolverilməz dəbdəbə olduğuna inandırırlar. Bu hiyləgər insanlar bir böyrəklə yaşamağın daha asan və yüngül olduğunu söyləyərək, ümumiyyətlə böyrəyin yenidən böyüyən orqan olduğuna əmin edirlər. Bütün mümkün olan və olmayan üsullarla onlar kənd sakinlərini müvafiq əməliyyatların keçirildiyi Hindistanın cənubuna yollanmağa razı salırlar.



Dörd uşaq anası Gita yeni ev ala bilmək üçün böyrəyini satıb.

Dörd uşaq anası Gita məhz belə tələyə düşüb. Böyrəyini satdığına görə cəmi 2000 dollar alıb. "İnsanları böyrəklərini satmağa razı salmağa çalışan bu insanların burada olduqları 10 il ərzində onlara "yox" cavabı vermişəm.

Lakin köhnə evim olduqca davamsız idi. Bizə, həqiqətən, ev lazım idi.", - Gita danışır.

O zaman Gita orqan satışı üzrə broker olan baldızı ilə Hindistana yollanıb. Əməliyyatın özü cəmi yarım saata başa çatıb. Lakin Gitanın öz vəziyyəti o qədər ağır olub ki, o, üç həftə xəstəxanada qalmalı olub. Daha sonra 200 min Nepal rupisi alan Gita evə yollanıb, ev və bir qədər torpaq alıb. Təəssüf ki, bu il baş verən zəlzələ onun yeni evini tamamilə dağıdıb.



Zəlzələdən sonra bir çox sakinlər pulsuz və evsiz qalıb və təbii ki, orqan alverçiləri üçün asan ələ keçən şikara çevriliblər.
Heç də hər kəs böyrəyini könüllü olaraq vermir; bəzi Nepal sakinlərini oğurlayır və zorla əməliyyata göndərirlər.

Orqan alveri ilə məşğul olan şəxslər heç də hər zaman kəndliləri razı salmaq üçün loyal olmurlar. Bəzən böyrəkləri başqa əməliyyat etmələri adı altında götürürlər. Eyni zamanda iki böyrək əldə etmək üçün öldürmə halları da az baş vermir.

Qarşılıqlı razılaşma əldə edildiyi halda belə bütün bu orqanlar donordan alındığından ən azı altı dəfə baha qiymətə satılır.

Qaneş Dahadur Damainin başına gələnlər də dəhşətlidir. O, iş tapmaq məqsədilə Hindistana gedib, lakin tezliklə naməlum şəxslərin əhatəsində sərxoş vəziyyətə düşüb.
"Bədənimə iynə ilə nə isə yeritdilər, - deyə Qaneş xatırlayır, - Ayıldığım zaman xəstəxanada idim - böyrəksiz."

Üç ay sonra Qaneş 150 dollar alıb və onu Nepala geri göndəriblər.



Böyrəyin götürülməsi üzrə əməliyyatdan qalan çapıq

Nepalda insanların hüquqlarının müdafiəsi üzrə proqramın koordinatoru Laksman Lamiçhanenin sözlərinə əsasən, "insanlar orada özlərini olduqca inamsız hiss edirlər, onlar qorxurlar: "Sakinləri orqan alverçilərindən müdafiə etməyə çalışan mütəmadi patrullara baxmayaraq kənd sakinləri hər gün yeni insanlarla qarşılaşırlar. Kimə etibar etmək olar? Onlardan bəzisi həqiqətən kömək edə, bəzisi isə orqanları götürə bilə

aia,az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024