“Best Model of Azerbaijan”ın münsifi: “Biz model seçirdik, gözəl yox” - QALMAQAL
Tarix: 3-12-2018, 12:31 | Saat: 15:47:00
Bölmə:Manşet2 | çapa göndər

“Best Model of Azerbaijan”ın münsifi: “Biz model seçirdik, gözəl yox” - QALMAQAL


Bir neçə gün bundan əvvəl "Best Model of Azerbaijan” yarışmasının finalı keçirilib. Müsabiqədə "ən yaxşı xanım" Aygül Səfərova, "ən yaxşı bəy" isə Şakir Əhmədzadə seçilib.

Müsabiqənin keçirilməsindən bu günə qədər fotoları sosial şəbəkələrdə paylaşılan “Azərbaycan gözəli” tənqid olunur. Tənqidçilər Aygül Səfərovanın “ən yaxşı xanım” seçilməsi ilə razılaşmırlar.


İnsanların iradlarına münasibət bildirən, münsiflər heyətinin üzvü, modelyer-dizayner Gülnarə Xəlilova Modern.az-a açıqlamasında vurğulayıb ki, bütün dünyada “Best Model” seçilən xanımların çox gözəl olması barədə qayda yoxdur:

“Bu gözəllik yarışması deyil və biz də model seçirdik, gözəl yox. Biz geyindiyi geyimləri məharətlə daşıya bilən canlı asqı seçirdik. Professionalların deyimində modellər “asqı” adlanır. Ona görə, bizə “asqı”nın bədən quruluşu, geyimləri daşıma məharəti önəmlidir. İnsanlar istəyir ki, həm qız gözəl olsun, həm də geyimləri gözəl daşısın. Amma dünya ölkələrində keçirilən müxtəlif dəfilələrdə olmuş insan kimi deyə bilərəm ki, əslində belə deyil. Modellər çox zaman gözəl olmurlar. Çünki onlar gözəllik kriteriyası ilə seçilmirlər. Modellər gözəl bədən quruluşuna malik olmalı, geyindikləri geyimi məharətlə daşımalıdırlar”.


Qeyd edək ki, qalib xanım "Best Model of Worlds”a getmək istəmir. Yarışmanın milli direktoru Aqil Məmiyev mətbuata açıqlamasında bildirib ki, “ən yaxşı xanım”ın ailəsi icazə vermədiyinə görə, o, Azərbaycanı dünyada təmsil etməyəcək.

aia.azшаблоны для dle 11.2



599 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

18-12-2018
14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}