Mobil versiya
Oksana hamiləlik fotolarını yaydı - Əvvəl “yalandır” deyirdi
Tarix: 10-09-2018 | Saat: 14:19
Bölmə:Aia TV | çapa göndər

Oksana hamiləlik fotolarını yaydı - Əvvəl “yalandır” deyirdi


Rəqqasə Oksana Rəsulova bir müddət əvvəl ana olması, ümumiyyətlə hamilə olması ilə bağlı mətbuatda gedən xəbərləri təkzib etsə də, bu gün hamilə olduğunu təsdiq edən fotolarını paylaşıb.

BakuPost xəbər verir ki, o, dolayı yolla hamilə olduğunu gizlətməsini şəxsi həyatını gizlətmək istəməsi ilə izah edib:

"Bu gün sizlərlə bölüşmək istədiyim duyğularım var...Son 1 ildə heç bir yerdə şəxsi həyatım haqqında ağzımdan bir kəlmə çıxmadı və buna səbəblərim var idi, bəzi insanlar üzündən, onları Allahın öhdəsinə buraxmışam, məni anlamadam qınağa çevirdilər, dəstək olanlar da var idi. Mən onu anladım ki, insanlar necə də kobudlaşıb və acımasız olub (bu hər kəsə aid deyil) Bir qadının 15 ildir övlad həsrətində olduğunu anlamayıb, öz çirkin fikirlərini ətrafa yayıb kimisə günahlandırmaq nə qədər düzgündür? Özü də qadın hamilədirsə, bəs Allah qorxusu?

Bəyəm tanınmış sima insan deyil? Və ya onun həyatı hər zaman yağ kimi olmalıdır? Bəli, mənim şəxsi həyatım hər dəfə göz önündə olub, söz verdim özümə, ailəmə ki artıq olmayacaq...Mən, ümumiyətlə, heç vaxt öz problemlərimi tamaşaçılarımla bolüşməmişəm, amma nədənsə şəxsi həyatım hər zaman maraq mərkəzində olub.

Bəli, ailə həyatı qurmuşam, hamiləyəm. Son aylar bəzi media işçiləri və aparıcılar mənə böyük bir stress yaşatdılar. Onlar daxili problemlərimi bilməyə-bilməyə yazıb şişirtdilər. Onlar düşünmədilər ki, bu problemi hər kəs yaşaya bilər... Mən hirsləndim, ağladım, kövrəldim, bir kəlmə cavab vermədim, çünki söz vermişdim.

İndi də cavab vermirəm, sadəcə sizlərlə bölüşürəm. Bəlkə də, həyatımda birinci dəfə...

Ana olmağı isə hər qadına arzulayıram, Allah köməyimiz olsun... Allah saf niyyətləri qəbul etsin. Sizdən xahişim olacaq, bundan sonra mənə ailə həyatımla bağlı suallar verməyin! Birdə ki, şərh yazanda və ya kiminsə haqqında danışanda diqqətli olun, çalışın heç kimin qəlbin qırmayın. Nə vaxtsa, özünüz qırıla bilərsiz”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024