Mobil versiya
Renka “Sən tək deyilsən” layihəsini təqdim etdi – VİDEO
Tarix: 16-03-2018 | Saat: 14:43
Bölmə:Aia TV | çapa göndər







Tanınmış rəqqasə Renka yeni sosial layihəsini təqdim edib.

aia.az-ın məlumatına görə, hər zaman rəqsləri ilə gündəmə gələn rəqqasə bu dəfə eşitmə və danışma qüsurlu insanlara dəstək olub.

O, Maykl Ceksonun “You are not alone” mahnısına videoçarx çəkdirib. Renka sosial layihə haqda bunları deyib:

“ “You are not alone” əfsanəvi Maykl Ceksonun ifasında ən sevdiyim mahnılardan biridir. Məhz bu mahnı hazırladığımız layihənin əsasını təşkil edir. Bu videoçarxla eşitmə və danışma qüsurlu insanların tək olmadığını demək istəyirəm. Güc birlikdədir!”

Qeyd edək ki, videoçarxda eşitmə və danışma qüsurlu xanımlar, eləcə də “Deaf Community” təşkilatının rəhbəri, eşitmə və danışma qüsuru olan insanları öyrədən, bu sahədə tədbirlər keçirən Nuranə Abıyeyeva olub.

Nuranə eyni zamanda sözügedən mahnının işarə dili ilə tərcüməsinin müəllifidir.


Sosial çarxın rejissoru Etibar Hüseynlidir.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024