Mobil versiya
"Qonaqları pis tənqid edirsən" - Elgizlə Əli söz savaşına çıxdı
Tarix: 15-03-2018 | Saat: 18:48
Bölmə:Aia TV | çapa göndər

"Qonaqları pis tənqid edirsən" - Elgizlə Əli söz savaşına çıxdı


“Səhər-səhər” verilişində aparıcı Elgiz Əkbərlə müğənni Əli Mirəliyev arasında mübahisə düşüb.

Axşam.az-ın məlumatına görə, müğənni Elariz Məmmədoğlu Mirəliyevin əvvəllər uzun saçlarda dolaşdığını, altıhündür ayaqqabı geyindiyini deyib.

Elgiz isə Əliyə irad tutaraq, onun proqrama gələn qonaqlarla yaxşı davranmadığını söyləyib:

“O vaxt dəblə ayaqlaşırdın, saçını uzadırdın, indi verilişə gələn gənclərin üstünə cumursan. Zamanında dəblə geyinmisən, əcəb etmisən. Cavanlığın dadını çıxarmısan. İndi nə qədər musiqiçi var, hansının saçı uzundur? Bura gələn uşaqlardan nə istəyirsən? Onları pis tənqid edirsən. İstəmirəm insanlar verilişə gəlib narahat olsunlar. İstəyirəm sərbəst olsunlar”.

Mirəliyev Elgizə “Saçı qəsdən saxlamırdım, hamının var idi. Səhnənin öz geyimi var. Cırıq şalvarla çıxmazlar” cavabını verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024