"Avroviziya" mahnızımın klipi təqdim edildi
Tarix: 7-03-2018, 18:36 | Saat: 15:47:00
Bölmə:Manşet2 | çapa göndər

"Avroviziya" mahnızımın klipi təqdim edildi




“Avroviziya-2018” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Aysel Məmmədovanın (AISEL) ifa edəcəyi mahnının klipi təqdim edilib.

Kult.az xəbər verir ki, “X my heart” adlı müsabiqə mahnısını yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli Sandra Byorman yazıblar. Klipin rejissoru mahnı haqqında təəssüratlarını belə bölüşüb: “Mahnını ilk eşidərkən xoşbəxtlik, optimizm, məsumluq hiss etdim. O dəqiqə mənə aydın oldu ki, klipin çəkilişləri zamanı uşağı lentə almalıyam. Bu, Ayselin daxilindəki uşağı simvolizə edir. Mən həqiqətən çox istedadlı musiqiçi və müğənni Aysel ilə işləməkdən xoşbəxtəm. Ona müsabiqədə uğurlar arzulayıram”.

Qeyd edək ki, sözügedən mahnı müsabiqəsinin yarımfinalları mayın 8 və 10-da, finalı isə mayın 12-də Lissabonda keçiriləcək.

aia.az



5208 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
19-07-2018
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031