Mobil versiya
Kürd referendumunu dəstəkləyən məmurdan - Açıqlama
Tarix: 26-09-2017 | Saat: 21:59
Bölmə:Aia TV / Karusel | çapa göndər

Kürd referendumunu dəstəkləyən məmurdan - Açıqlama







Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması və haqqında araşdırma başlaması ilə bağlı xəbərlərə münasibət bildirib.

F. Tanrıverdiyev Aia.az-a açıqlamasında fotoları paylaşması, referendumu dəstəkləməsinin səbəbi haqqında heç nə deməyib: “Mən lazım olsa, bu barədə danışa bilərəm. Amma hələ ki, bu barədə heç nə deyə bilmərəm. Əgər rəsmi qaydada açıqlama tələb olunsa, danışacağam”.

Haqqında başlayan araşdırma və işdən çıxarılacağı haqda xəbərlərə isə F. Tanrıverdiyev belə cavab verib: “Dövlətimiz mənə etimad göstərib, bu işə təyin olunmuşam. Əgər bu etimadı əməlimdə doğrultmamışamsa, dövlətə və dövlətçiliyimizə qarşı yanlışlığa yol vermişəmsə, bu zaman işdən çıxarıla bilərəm. Başqa heç nə ola bilməz. Kiminsə mənlə qəsd-qərəzliyi yoxdur. Mənim də heç kimlə qərəzim yoxdur”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024