Gürcüstan vətəndaşlığının verilməsi proseduru sərtləşdiriləcək
Tarix: 1-09-2017, 21:05 | Saat: 15:47:00
Bölmə:Manşet2, Karusel | çapa göndər

Gürcüstan vətəndaşlığının verilməsi proseduru sərtləşdiriləcək








Gürcüstanda ölkə vətəndaşlığının verilməsi ilə bağlı prosedur sərtləşdiriləcək.

Aia.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyasının rəhbəri Giorgi Abaşişvli məlumat verib. O bildirib ki, Gürcüstan və Avropa İttifaqı arasında vizasız rejimin qüvvəyə minməsindən sonra Gürcüstan vətəndaşlığı almaq üçün müraciətlərin sayı artıb: "Yeni reallıqları nəzərə alaraq, vətəndaşlığın verilməsi prosedurunu təkmilləşdirmək lazımdır".

G. Abaşişvli qeyd edib ki, Prezident Administrasiyası prosedurun təkmilləşdirilməsi ilə bağlı Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə məsləhətləşmələrə başlayacaq.

Qeyd edək ki, son 5 ildə 32 mindən çox əcnəbi Gürcüstan vətəndaşlığı alıb. Gürcüstan vətəndaşlığının verilməsi ilə bağlı qərarı Gürcüstan prezidenti qəbul edir.

aia.az



5158 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
7-12-2017, 11:47 Cəbhədə silahlar susmur

Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
22-02-2018
21-02-2018
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728