Mobil versiya
Beyləqanda məktəbli qızı zorlayan 5 nəfərdən biri məmur oğlu imiş
Tarix: 17-08-2017 | Saat: 14:08
Bölmə:Aia TV / Karusel | çapa göndər

Beyləqanda məktəbli qızı zorlayan 5 nəfərdən biri məmur oğlu imiş









Beyləqanda 5 həmkəndlisi tərəfindən cinsi zorakılığa məruz qalan məktəbli qızın videogörüntüsünü çəkən məmur oğlu imiş.

Aia.Az aznews.az-a istinadən xəbər verir ki, məktəbli qızın videogörüntüsünün çəkilməsində qapını arxadan bağlayan və çirkin istəklərinin həyata keçirilməsində Rasim Babayevə dəstək verən Murad Həziyev dövlət qurumlarından birinin Beyləqan Rayon Şöbəsinin məsul əməkdaşı İsaxan Həziyevin oğludur.

İsaxan Həziyev Birinci Şahsevən kəndinin aparıcı mühəndisidir.

Məlumata görə, İsaxan Həziyev oğlunun bu əməlindən xəbərdardır. Ancaq oğlunun azyaşlı olduğunu səbəb gətirən məmur hər cəhdlə onu bu cinayətdən kənarda saxlamağa çalışır.

5 nəfər həmkəndlisi tərəfindən cinsi zorakılığa məruz qalan məktəbli qız müsahibəsində "Murad qapını arxadan tutdu. Yalvardım ki, qapını aç, mənə kömək elə. O, mənə kömək eləmədi. Əksinə, dedi ki, "Rasim nə deyirsə o da olacaq". Yalvardım ona, çəkmə məni dedim. Yalvarışlarıma, göz yaşıma belə baxmadı" deyə bildirib.

Məktəbli qız onu da əlavə edib ki, Murad da daxil olmaqla gənclər videogörüntünün internet şəbəkəsinə qoyulması ilə onu şantaj edərək öz istəklərini həyata keçiriblər.

Məsələ ilə bağlı Birinci Şahsevən kəndi ilə əlaqə saxladıq. Məlumatı kəndin aidiyyəti qurumları təsdiqlədi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024