Mobil versiya
Bakının göbəyində biabırçılıq - Məmur laqeydliyi, yoxsa diqqətsizlik?
Tarix: 29-07-2017 | Saat: 12:55
Bölmə:Aia TV | çapa göndər

Bakının göbəyində biabırçılıq - Məmur laqeydliyi, yoxsa diqqətsizlik?








Azərbaycanın paytaxtı olan Bakı şəhərinin özünün də içində paytaxt hesab edilən ərazilər var ki, onlardan biri də metronun "28 May" və "Cəfər Cabbarlı" stansiyalarının, Dəmiryolu vağzalının ətrafıdır.


Həmin ərazidən tez-tez keçənlər bilir ki, Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin (keçmiş Azərbaycan Dövlət Neft Akademiyası - ADNA) yanındakı səkidə artıq xeyli müddətdir, hətta 1 ildən artıqdır ki, yerə düzülmüş qəmbər daşları sökülüb. Həmin səkidən isə hər gün minlərlə yox, onminlərlə piyada keçir. Onların içində paytaxt sakinləri, yaxınlıqdakı universitetin tələbə və müəllim heyəti ilə yanaşı çoxsaylı xarici turistlər də var.



Maraqlıdır ki, bu məsələ ilə bağlı həm sosial şəbəkələrdə, həm də KİV-lərdə dəfələrlə tənqidi mövzuda materiallar yayılsa da, reaksiya verən tapılmır. Halbuki, sözügedən səkidə bir neçə yerdə qopub dağılmış qəmbər daşları çoxlarının ayağına ilişir, bəzən yıxılmasına səbəb olur, dolayısı ilə onlar üçün təhlükə mənbəyinə çevrilib. Bundan əlavə, ölkədə dövlət başçısının rəhbərliyi ilə turizmin inkişafına ciddi-cəhdlə çalışıldığı, müxtəlif tədbirlər görüldüyü halda bu cür xoşagəlməz mənzərə bu işlərin üstünə kölgə salır, xüsusən əcnəbilərdə ikrah hissi doğurur.


Qeyd edək ki, adi gözlə də baxanda görmək olur ki, bu biabırçılığı aradan qaldırmaq üçün nə böyük maddi vəsaitə, nə də vaxta ehtiyac yoxdur. Sadəcə bir az istək və sayqı lazımdır ki, problem cəmi bir neçə saata həll olunsun.

Ümidvarıq ki, əraziyə cavabdeh dövlət qurumlar tezliklə reaksiya verəcək və insanları bu xoşagəlməz vəziyyətlə daha bir neçə ay və ya il qarşılaşmasına imkan verməyəcəklər.

İlkin İzzət



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024