Mobil versiya
Astroloji proqnoz — 17 fevral
Tarix: 17-02-2017 | Saat: 10:21
Bölmə:Aia TV | çapa göndər

Astroloji proqnoz — 17 fevral









Qoç — münaqişələrdən yan qaçmayın. Problemlər yaranarsa, səbəbkarlar yaxın ətrafınızdakı insanlardır.
Buğa — qarışıq, laübəli gündür. Nə isə itir, kimsə gecikir, əvvəl əldə edilmiş razılaşmalar pozulur. Yaşananlara sakit yanaşın, nikbin olun. Axşam saatlarında dincəlin.
Əkizlər — tərəfdaş və müttəfiq arayın. Onları hətta bu günədək sizə bədxahlıq edən insanların arasında tapa bilərsiniz.
Xərçəng — dəvət aldığınız tədbirə qatılın. Vaxtınızı xoş keçirməklə yanaşı, yeni və faydalı tanışlıqlara nail ola bilərsiniz. Yaradıcılıqda uğur, irəliləyiş mümkündür.
Şir — təmir, evdə və ya ofisdə yenilənmə üçün uğurlu gündür. Həyat potensialı yüksəklir, yorğunluq riski yoxdur.
Qız — önəmli və ciddi qərarlar qəbul etməli olacaqsınız. Narahat olmayın, çəkinməyin. Yaxın ətrafınızdakı insanlar üçün yardımçı, hətta lider olun.
Tərəzi — çaşıb qalan, problemlərin təsirindən özünü itirən insana yardım edin. Çətin vəziyyətə düşənə kömək əlinizi uzadın.
Əqrəb — enerjiniz çoxdur, məsuliyyətli davranın. Həyatınızda kiçik detallarla yanaşı, ciddi məqamı dəyişə bilərsiniz. İntuisiyanıza güvənin. Hissləriniz siz məhz can atdığınız yerə apara bilər.
Oxatan — tələskən və hövsələsiz davranmayın. Uğurlu gündür, amma hövsələsizlik səhvlərə və yanlışlıqlara səbəb ola bilər.
Oğlaq — bütün problemləri müstəqil, təkbaşına həll etməyə ehtiyac yoxdur. Yaxın ətrafınızda sizə yardım etməyə hazır insanlar var. Nüfuzlu insandan dəstək ala bilərsiniz.
Dolça — yeni tanışlıq, romantik macəra istisna deyil. Ciddi münasibətlərin bünövrəsi qoyula bilər. Hədiyyə, sürpriz də mümkündür. Alış-verişdə məntiqli davranın.
Balıqlar — yeni təəssüratlar, təcrübə və bilik axtarışına çıxın. Macərapərəst olmayın. Başladığınız hər işi uğurla başa vura bilərsiniz.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024