Mobil versiya
Məhkəmə hicab şikayətini rədd etdi
Tarix: 31-01-2017 | Saat: 22:01
Bölmə:Aia TV / Karusel | çapa göndər

Məhkəmə hicab şikayətini rədd etdi








Praqa məhkəməsi Somalidən olan qaçqının diskriminasiyaya dair şikayətini rədd edib.

Şikayətçi tibb bacılığı məktəbində baş örtüyünün yasaqlandığını iddia edib.

2011-ci ildə Çexiya Respublikasında sığınacaq almış Ayan Jamaal Ahmed Nuur şikayətində bildirib ki, tibb məktəbinə getdiyi ilk gün müdir ona hicabını çıxarmalı olduğunu deyib. Ancaq Nuur məktəbi tərk edərək məhkəməyə şikayət verib, ondan üzr istənilməsini və 60 min çex kronu (2350 dollar) ödənilməsini istəyib.

AB-DƏ İLK MƏHKƏMƏ İŞİ

Aia.Az azadliq.org-a istinadən bildirir ki, bu işin Avropa Birliyində bu qəbildən ilk məhkəmə işi olduğu bildirilir.

Avropanın bəzi yerlərindən fərqli olaraq, Çexiya Respublikasında müsəlman baş örtükləri qadağan edilməyib. Ancaq məhkəmə məktəbin arqumentini qəbul edib. Arqumentsə ondan ibarətdir ki, Nuur-un hicabı məktəbin sağlamlıq və təhlükəsizlik siyasətinə ziddir. Məktəb həmçinin iddia edib ki, Nuur heç vaxt məktəbdə tam qeydiyyata düşməyib.

Bir qrup qadın tələbə məktəbi müdafiə etmək məqsədiylə məhkəmədə iştirak edib. Bir qrup müsəlman vətəndaşsa Nuur-u dəstəkləməyə gəlib. Məhkəmə hökmü oxunanda zaldakı antimüsəlman fəallar Çexiyanın dövlət himnini oxumağa başlayıblar.

ANTİMÜSƏLMAN ƏHVAL-RUHİYYƏ ARTIB

Çexiya Respublikasında yaşayan müsəlmanların sayı çox deyil. Bu sayın 10 min - 20 min arasında olduğu deyilir. Ancaq Avropanın çox hissəsində olduğu kimi, miqrant və qaçqın böhranı nəticəsində ölkədə antimüsəlman və antimühacir əhval-ruhiyyəsi artıb. Müharibədən əziyyət çəkən və yoxsullaşmış ölkələrdən daha yaxşı həyat üçün Avropaya gələn mühacirlərin sayı əvvəllər görünməmiş həddə çatıb.

Çexiya hökuməti Avropa Birliyinin mühacirləri yerləşdirmə kvotasına qarşı çıxış edir. Kvotanı Almaniya qoyub. 2015-ci ildə Çexiya prezidenti Milos Zeman deyib ki, onun ölkəsi yalnız xristianları qəbul edə bilər. Ancaq bəllidir ki, hazırkı mühacir dalğasının əsas hissəsi müsəlmanlardır. Bununla yanaşı, 153 İraq xristianının qəbulu proqramı da 2016-cı ildə, onlardan 25-i Almaniya keçməyə cəhd göstərəndən sonra dayandırılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024