Mobil versiya
Məktəbəqədər uşaq müəssisələrində körpələrə xüsusi diqqət və qayğı göstərilir
Tarix: 11-02-2019 | Saat: 12:15
Bölmə:Manşet / Ölkə / Seçilənlər-6 | çapa göndər

Məktəbəqədər uşaq müəssisələrində körpələrə xüsusi diqqət və qayğı göstərilir




Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin effektiv fəaliyyəti bu sahədə yaranan problemlərin operativ həllini təmin edir

Azərbaycanda böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi baxımdan sağlam formalaşmalarına dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Bu səbəbdən də ölkədə mövcud olan məktəbəqədər təhsil müəssisələri, uşaq evləri, uşaq bağçaları və istənilən digər uşaq müəssisələrinin fəaliyyəti ictimaiyyət tərəfindən xüsusi diqqətlə izlənilir. Eyni zamanda da bu sahə dövlətimiz tərəfindən prioritet istiqamətlərdən biri olaraq müəyyən edilmişdir.

Nöqsanlar aradan qaldırılıb...



Etiraf etmək lazımdır ki, bir müddət bundan əvvəl ölkəmizdə məktəbəqədər uşaq təhsil müəssisələrinin fəaliyyəti bir çox ciddi nöqsanlarla diqqəti cəlb etməkdə idi. Xüsusilə, əksər uşaq bağçalarının işində müşahidə olunan qüsur və çatışmazlıqlar da artıq haradasa norma halını almaq üzrə idi. Belə müəssisələrin fəaliyyətinə dövlət nəzarətini həyata keçirməli olan icra hakimiyyəti strukturları isə, bir çox hallarda yaranmış problemlərin həllinə nail ola bilmirdilər. Bütün bunlar nəzərə alınaraq, məktəbəqədər uşaq təhsil müəssisələrinin fəaliyyətinə nəzarəti gücləndirmək və bu fəaliyyəti mərkəzləşdirilmiş qaydada idarə etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 11.05.2012-ci il tarixli 635 saylı Fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin birbaşa tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradıldı. Artıq 6 ildən artıq bir müddətdir ki, bu idarə Eldar Yunusovun rəhbərliyi altında uğurla fəaliyyət göstərməkdədir. İdarənin əsas funksiyalarından biri tabeliyindəki Bakı şəhəri ərazisində mövcud olan dövlətə məxsus körpələr evlərində, uşaq bağçalarında, xüsusi uşaq bağçalarında, körpələr evi-uşaq bağçalarında, uşaq evlərində dövlət idarəçiliyini həyata keçirməkdir. Demək lazımdır ki, bu məqsədlə idarənin rəhbərliyi tərəfindən aparılan işin effektivliyi kifayət qədər yüksəkdir.

...valideynlər də razı qalıb



Artıq öz övladlarını dövlətə məxsus uşaq bağçalarına və digər məktəbəqədər uşaq müəssisələrinə etibar edən valideynlər də bu müəssisələrin fəaliyyəti üzərində dövlətin ciddi nəzarəti olduğuna tam əmindirlər. Təsadüfi deyil ki, ötən altı il ərzində bu kimi müəssisələrdə uşaqlara göstərilən xidmətlərin də keyfiyyəti xeyli yüksəlib. Artıq uşaq bağçalarında ərzaq problemləri, peşəkar personal çatışmazlığı, məişət yönümlü nöqsanlar və digər bu kimi problemlər demək olar ki, unudulmaq üzrədir. Bütün bunlar isə, dövlətimizin bu sahəyə olan qayğısını vətəndaşlara olduğu kimi çatdırmaq yönümündə məqsədyönlü fəaliyyət göstərən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin səmərəli işinin nəticəsidir. Əlbəttə ki, sözügedən idarənin işindən danışarkən, bu quruma rəhbərlik edən Eldar Yunusovun da fəaliyyəti xüsusi qeyd olunmalıdır. Belə ki, məhz Eldar müəllimin tətbiq etdiyi qabaqcıl idarəçilik üsulları onun rəhbərlik etdiyi idarənin işinin effektiliyini təmin edən əsas amillərdən biri kimi çıxış edir. Əbəs yerə deyil ki, müxtəlif vaxtlarda qarşılaşdıqları problemlərin həlli üçün Eldar Yunusova müraciət edən valideynlər də idarə müdirinin istər insani, istərsə də peşəkar keyfiyyətlərini olduqca yüksək qiymətləndirirlər. Birmənalı olaraq demək olar ki, bu gün Bakı şəhərində uşaq məktəbəqədər təhsil müəssisələrində sağlam işgüzar mühit yaradılıb və bu müəssisələrin fəaliyyəti hərtərəfli diqqət və qayğı ilə əhatə edilib.



Lakin bütün bu uğur və nailiyyətlərə rəğmən, təssüflər olsun ki, son vaxtlar ölkənin bəzi mətbu orqanlarının səhifələrində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin fəaliyyətinə dair əsassız iddiaların yer aldığı, böhtan xarakterli materiallar dərc olunmaqdadır. Aydındır ki, bu kimi yazıların işıq üzü görməsinə adətən iki amildən biri səbəb olur. Bunlardan biri yazı müəllifinin hansısa konkret bir şəxsin sifarişini icra etməsi, digəri isə müəllifin bilavasitə özünün müəyyən şəxsi marağını təmin etməyə cəhd göstərməsidir. İstənilən halda, belə “hücumlar” mahiyyət etibarı ilə ölkəmizdə məktəbəqədər təhsil sisteminin inkişafına qarşı yönəlmiş olurlar. Bu səbəbdən də, bütün həmkarlarımızı uşaq və gənclərimizin gələcəyi ilə bağlı olan belə həssas mövzulara müraciət edərkən son dərəcə diqqətli, dürüst və obyektiv olmağa çağırırıq.

aia.az

Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024