Mobil versiya
Evlənmək istəyən yarım milyon insan müayinədən keçdi - Tapılan xəstəliklərin adları
Tarix: 11-01-2019 | Saat: 16:05
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Evlənmək istəyən yarım milyon insan müayinədən keçdi - Tapılan xəstəliklərin adları


Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 18 235 nəfərdə talassemiya daşıyıcılığı, 455 nəfərdə İİV/QİÇS, 1 728 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

BakuPost xəbər verir ki, bunu Trend-ə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, 2015-ci il iyun ayının 1-dən bu günədək nikaha daxil olmaq üçün 495 548 nəfər insan qan müayinəsindən keçib.

İndiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 189 cütlük aşkar edilib.

Yalnız 2018-ci il ərzində 131 264 nəfər qan müayinəsinə cəlb edilib.

Onlardan 4 161 nəfərində talassemiya daşıyıcılığı, 173 nəfərdə İİV, 395 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

2018-ci ildə talassemiya daşıyıcılığı aşkarlanan 55 cütlük prenatal müayinəyə cəlb edilib. Bu cütlüyə daxil olan qadınların hamiləliyinin 12-18 həftəliyində dölyanı müayinə aparılıb. Nəticədə 16 dölün sağlam, 27-də talassemiya daşıyıcılığının olduğu (praktiki olaraq sağlam), 12-nin xəstə olduğu aşkarlanıb. Xəstə döllər həkim məsləhəti ilə abort edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024