Ana Sayfa > Manşet / Gündəm > “Dindən istifadə edib sabitliyi pozmaq istəyirlər” - Mübariz Qurbanlı

“Dindən istifadə edib sabitliyi pozmaq istəyirlər” - Mübariz Qurbanlı


11-01-2019, 12:17. Yazar: sevinc1
“Dindən istifadə edib sabitliyi pozmaq istəyirlər” - Mübariz Qurbanlı


"Radikal dini qruplar, din adından sui-istifadə edənlər olduqca təhlükəlidir".

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, hazırda din adı altında gizlənən, dini siyasiləşdirən qruplar var: "Onlar bunun vasitəsilə ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd edirlər. Bəzi ölkələrdə hətta buna nail də olublar. Biz bunu Suriyanın, İraqın, Əfqanıstanın və digər ölkələrin timsalında görə bilərik. Ona görə də dindən sui-istifadəyə qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir. Ölkədə bununla əlaqədar müvafiq dövlət orqanları tərəfindən lazımi addımlar atılır".

M.Qurbanlının sözlərinə görə, dini radikalizmlə bağlı çəkilən filmlərə gənclərin marağının böyük olduğu müşahidə edilir: "Bu cür filmlər vasitəsilə biz ölkəmizdəki dini durum, dövlət-din münasibətləri, din pərdəsi altında gizlənən radikallar barədə daha dolğun məlumatları ictimaiyyətə, xüsusilə də gənclərə çatdıra bilərik". (Report)

aia.azшаблоны для dle 11.2
Geri dön