Mobil versiya
“Elmar Vəliyevin Gəncədə yaratdığı memarlıq üslubu göz yorur” - Xalq rəssamından ETİRAZ
Tarix: 11-09-2018 | Saat: 12:09
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Elmar Vəliyevin Gəncədə yaratdığı memarlıq üslubu göz yorur” - Xalq rəssamından ETİRAZ


Etiraf edək ki, müasir zəmanədə belə, tarixi şəhərlərimizə baş çəkmək, qədim tikililər, memarlıq üslubu ilə tanış olmaq istəyirik. Amma son 15 ilə nəzər salanda rayonlarımız, şəhərlərimiz müxtəlif başçıları xatırladır. Yəni hər yeni başçı rəhbərlik etdiyi rayonun memarlıq üslubuna mütləq əl gəzdirir.



Bu yaxınlarda Elmar Vəliyev Gəncənin icra başçısı postundan azad edilib. Onun yerinə Niyazi Bayramov təyin olunub.

Qeyd edək ki, Gəncənin baş memarı Məharət Mustafayev də vəzifəsindən çıxarılıb. Onun yerinə Əli Rüstəmli Gəncənin baş memarı postuna gətirilib.

Maraqlıdır, yeni başçı Gəncənin memarlıq üslubunda dəyişiklik edəcəkmi?

Ümumilikdə rayonların memarlıq üslubu necə olmalıdır?



Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin rəhbəri, xalq rəssamı, heykəltəraş Xanlar Əhmədov Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, yeni başçı vəzifəyə təyinat alanda köhnədən qalan memarlıq üslubunu yenisi ilə əvəz etməməlidir.



“Çünki rayonun memarlıq üslubunu icra başçısı qurub yaratmır. Hər bir rayonun baş memarı olur. Əgər icra başçısı öz komandasını ətrafına toplayıb başqa memar gətirirsə, onunla işləməlidir.



Bu o demək deyil ki, yeni gələn başçı köhnənin qurub yaratdığını məhv etməlidir. Mən sadəcə faktları görmüşəm. Məsələn Gəncəyə bir çox başçılar rəhbərlik edib. Hər birinin dövründə az da olsa memarlıq üslubu dəyişib. Daha sonra Elmar Vəliyev gəldi. O da fərqli bir memarlıq üslubu yaratdı. Bu cür dəyişiklik həm gözü yorur, həm də yaddaşımızda daimi qalmır. Ən düzgün yol baş memarın verdiyi qərardır. Həmçinin, qədim tarixə malik olan şəhərin tez-tez dəyişdirilməsi o yerlərdə məskunlaşan insanların da əhvalına təsir edir”.



Heykəltəraş Azərbaycanda memarlıq üslubu dəyişməyən şəhərdən də söz açıb.



“Məsələn, Azərbaycanda Şəki şəhərinin adını rahatlıqla çəkmək olar. O baxımdan ki, şəhərə nə qədər icra başçısı gəlib-getsə də Şəki öz tarixi memarlıq üslubunu, simasını saxlayıb. Yeni tikililər olsa da, köhnə üslub qorunub saxlanılır”.



Xanlar Əhmədov deyir ki, hər yeni başçının şəhərin üslubunu dəyişməsi nişanə qoymaq həvəsindən irəli gəlir.



“Hər bir yeni başçının memarlıq üslubunu dəyişməsi yenilik gətirmək istəyindən irəli gəlmir. Sadəcə olaraq hər bir başçı bilir ki, rəhbərlik etdiyi rayonda müvəqqətidir. Ona görə də özlərindən sonra bir nişanə qoymaq istəyirlər. Məsələn, illər keçəcək deyəcəklər ki, filan icra başçısının dövründə tikilən bina və sairə. O da istənilən nəticəni vermir. Çünki yeni gələn köhnənin tikib qurduğunu unutdurur. Hər bir rayona dövlət başçısı büdcədən maliyyə ayırır. Bu zaman həmin maliyyə şəhərin abadlaşdırılmasına, gözəlləşməsinə sərf edilir. Biz demirik ki, yeni tikililər olmasın. Olsun. Çünki hansısa şəhər ancaq mərkəzdən ibarət deyil. Bunun kəndləri, qəsəbələri var. Ona görə də mərkəzdən kənarda da tiklililər aparıla bilər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə