Mobil versiya
Putinlə Tramp arasında kritik görüş - Yenilənib (VİDEO)
Tarix: 16-07-2018 | Saat: 15:43
Bölmə:Manşet / Siyasət | çapa göndər

Putinlə Tramp arasında kritik görüş - Yenilənib (VİDEO)


ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin Helsinkidə görüşüblər.

AzVision.az "CBS new"a istinadən xəbər verir ki, Tramp Putini futbol üzrə dünya çempionatının uğurla keçirilməsi münasibətilə təbrik edib. Bildirib ki, yarımfinal və final oyunlarına çox maraqlı keçib və şəxsən həmin oyunları izləyib.

"Son illər ölkələrimiz arasındakı münasibətlər kifayət qədər gərgin olub. Mən bir müddətdir ki, prezident seçilmişəm. Amma indi əlaqələrin normallaşması üçün imkan yaranıb və ümid edirəm ki, Rusiya ilə xüsusi münasibətlərimiz formalaşacaq. Yəqin ki, siz mənim bu sözlərimi - seçkiqabağı kampaniyada da belə demişdim - eşitmisiniz. Rusiya ilə yola getmək pis bir şey deyil, əksinə yaxşıdır", - deyə Tramp vurğulayıb.

ABŞ prezidenti bildirib ki, Putinlə müzakirə edəcəyi çox məsələ var. Burada həm ticari, həm hərbi məsələlər, nüvə silahı məsələsi və Çin məsələsi müzakirə olunacaq. Tramp vurğulayıb ki, Çin rəhbəri Si Tsinpin həm onun, həm də Putinin dostudur.

Putin isə bildirib ki, Trampla daha öncə bir neçə dəfə telefonla əlaqə saxlayıb, müxtəlif beynəlxalq tədbirlərdə ünsiyyətdə olublar. Və indi ikitərəfli münasibətləri və digər ağrılı beynəlxalq məsələləri müzakirə etməyin vaxtı gəlib çatıb.

Daha sonra hər iki ölkə lideri görüşü bağlı qapılar arxasına keçirərək, təkbətək danışıqlara başlayıblar.


aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024