Mobil versiya
Azərbaycanda toxumçuluq sürətlə inkişaf edir
Tarix: 06-03-2018 | Saat: 14:39
Bölmə:Manşet / İqtisadiyyat / Seçilənlər-4 | çapa göndər






Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin bu istiqamətdə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir

Məlum olduğu kimi, bu gün ölkənin ərzaq təhlükəsizliyinin təminatı məsələsi dövlət tərəfindən prioritet istiqamətlərdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Aydındır ki, bu istiqamətdə ölkəmizdə görülən işlərin böyük bir hissəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərinə aiddir. O cümlədən, qarşıda duran vəzifələrin effektiv həlli məqsədilə Nazirlik tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətli tərkib hissələrindən biri də ölkədə toxumçuluğun inkişaf etdirilməsidir. Məhz bu baxımdan Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Sərəncamı ilə Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında yaradılmışdır. Dövlət Xidməti bitki sortlarının ekspertizasını, sınağını, qeydiyyatını və mühafizəsini, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsini və toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır. Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətlərinə kənd təsərrüfatı bitkilərinin yeni sortlarının ekspertizasının keçirilməsi, sınaq və qeydiyyatının aparılması, mühafizəsi, habelə istifadə olunan sortun müəllifinin və patent sahibinin hüquqlarının qorunmasının təmin edilməsi, toxumluq əkinlərin aprobasiyasının təşkili, “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada toxumların sertifikatlaşdırılmasını təmin edilməsi və müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq edilməsi, xarici dövlətlərin müvafiq təcrübəsinin öyrənilməsi daxildir. Xidmətin rəisi Möhtəsim Əhmədovdur.





Bu gün ölkədə aparılan toxumçuluq siyasətinin əsas məqsədi daxili toxum bazarını keyfıyyətli, yüksək məhsuldar bitki sortlarının toxumları və tingləri ilə təmin etməkdən ibarətdir. Bu vəzifənin həyata keçirilməsində özəl toxumçu və ting istehsalçılarının fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatını, eləcə də bölgə və regionların sosial-iqtisadı inkişafını nəzərdə tutan müvafiq dövlət proqramları üzrə həyata keçirilən tədbirlər eyni zamanda respublikada bitkiçiliyin, o cümlədən onun tərkib hissəsi olan toxumçuluğun da inkişaf etdirilməsini təmin edir. Məhz bu tədbirlər sayəsində son illər ərzində yüksək keyfıyyətli və məhsuldar toxumlara olan tələbatın ödənilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Həmçinin, dövlət qayğısından yararlanan bütün növ toxum və ting istehsalçılarının istehsala marağı artmış, toxumların istehsalının genişləndirilməsi imkanları yüksəlmiş və bəzi bitki toxumlarma, xüsusən strateji əhəmiyyətə malik taxıl toxumuna olan tələbat əsasən daxili istehsal hesabına təmin olunmuşdur. Kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrin birində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov toxumçuluğun inkişafı barədə bunları söyləmişdi: “Burada yeni sortların toxumçuluğunun təşkili mühüm rol oynayır. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etməyin əsasını ilk növbədə yüksək məhsuldar sortların keyfiyyətli və sertifikatlı toxumlarından istifadə təşkil edir. Təkcə onu demək kifayətdir ki, yüksək potensiallı sortdan və onun keyfiyyətli toxumundan istifadə məhsuldarlığı 25-30 faizə qədər qaldırırsa, müvafiq aqrotexniki tədbirlərin görülməsi nəticəsində bu məhsuldarlığı 40 faizə qədər qaldırmaq olar. Ona görə də toxumçuluğun təşkili, yeni sortların yaradılması çox böyük əhəmiyyət kəsb edir...”




Qeyd edək ki, kənd təsərrüfatı bitkilərinin yeni sortlarının toxumlarının və əkin materiallarının satışı üçün sərfəli bazar axtarışları, müxtəlif vasitə və üsullardan istifadə etməklə qeydiyyata alınmadan toxumların və əkin materiallarının ölkəyə gətirilməsi, patent sahibi ilə lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsi, seleksiya nailiyyəti hesab edilən yeni bitki sortlarının toxum və əkin materiallarının sertifikatsız satılması, seleksiyaçı hüquqlarının yetərincə qorunmaması kimi məsələlərin idarə olunması və tənzimlənməsi işləri də demək olar ki, bütünlüklə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir.

aia.az

Sənan Vəliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024