Mobil versiya
Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki döyüşlər barədə
Tarix: 02-12-2016 | Saat: 12:30
Bölmə:Manşet | çapa göndər



Azərbaycan Müdafiə Nazirliyi düşmənlə təmas xəttində gərginliyin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, erməni silahlı bölmələrinin təxribatlarını qarşısı qətiyyətlə alınır: “Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi noyabrın 30-da cəbhədə baş verən atışmada üç hərbçisinin yaralandığı barədə məlumat yayıb.


Dağlıq Qarabağda yaralanan erməni hərbi qulluqçuların vəziyyəti ağır-stabil olaraq qalır.

Virtualaz.org bildirir ki, bunu Novosti Armeniya-nın əməkdaşı ilə söhbətində Ermənistan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Kliniki Hospitalının rəisi Aram Asaturyan deyib.

Onun sözlərinə görə, həqiqi hərbi xidmətin iki qulluqçusu- 19 yaşlı Karapet Mikaelyan və 24 yaşlı Kadjik Badalyan həqiqətən də onların hospitalına köçürülüb. Karapet Mikaelyan baş nahiyəsindən yaralanıb, Kadjik Badalyan isə qarın hahiyəsindən güllə yarası alıb, onun sağ ombası zədələnib.

Daha bir yaralı hərbi qulluqçu, 32 yaşlı Qaqik Poqosyan Xankəndi hospitalındadır.


Xankəndi hərbi hospitalından verilən məlumatda ağır yaralanmış erməni hərbi qulluqçularının ikisinin adı açıqlanıb.

Bunlar 1984-cü il təvəllüdlü Poqosyan Qaqik Valeryanoviç və 1993-cü il təvəllüdlü Badalyan Kadjik Zaxvroviçdir.

İnformasiyaya əsasən, Poqosyan artıq vertolyotla Yerevan hospitalına göndərilib.


İşğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə mövqeyində (Martuni) bu dəqiqələrdə döyüşlər gedir.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi xəbərə görə, erməni tərəfi itki verib. Belə ki, erməni ordusunun bir hərbi qulluqçusu öldürülüb, doqquzu isə yaralı halda Xankəndinin hərbi hospitalına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Onu da qeyd edək ki,erməni KİV-i Qarabağdakı bu hərbi qarşıdurma barədə hələ heç bir məlumat yaymayıb.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024