Mobil versiya
Hacıqabul səhiyyəsi vətəndaşa ancaq ölüm vəd edir Şok faktlar üzə çıxdı
Tarix: 09-09-2016 | Saat: 14:10
Bölmə:Manşet | çapa göndər




Son illər ölkə səhiyyəsinə dövlət dəstəyi göz önündədir. Ölkə başçısı İlham Əliyev rayonlarda tibb ocaqlarının təmir edilməsi və yaxud yenidən tikilməsi üçün dövlət büdcəsindən vəsait ayırır. Son beş il ərzində Azərbaycanın ən ucqar bölgələrində belə yeni xəstəxanalrın tikilməsinə start verilib. Lakin bir çox hallarda prezidentin şəxsən nəzarətində olduğu səhiyyə sahələri əyalətlərdəki məmurlar tərəfindən talan edilir. Hacıqabul rayon Mərkəzi Xəstəxanasının baş həkimi Beydulla Qarayev məhz belə məmurlardandır. Dövlətin ayırdığı milyonlarla vəsaiti sağa-sola öz bildiyi kimi mənimsəyən Beydulla Qarayev elə bilir ki,bu pullar onun şəxsi ehtiyacları üçün ayrılıb.

Hacıqabul rayon Mərkəzi Xəstəxanasının baş həkimi Beydulla Qarayevin dövlət əmlakını hansı yollarla mənimsədiyini ortaya çıxardıb. Araşdırmalar nəticəsində baş həkimin şok mənimsəmə faktları ortaya çıxıb.

Yanacaq biznesi…

Xəstəxanada və kənd həkimxanalarında qaz sistemi olmadığı üçün Dövlət tərəfindən xəstəxanaya neft almaq üçün külli miqdarda vəsait ayrılır, lakin nə xəstəxanada nə tibb məntəqələrində, nə də kənd həkimxanalarda yanacaq yoxdur.Çünki həmin vəsait sadəcə sənədlərdə göstərilməklə rayonun baş həkimi Beydulla Qarayevin cibinə axır.
Avtonəqliyyatlar da eyni ilə məsələn, təcili yardım maşınlarına verilən yanacaq sənədlərdə həddindən artıq şişirdilərək silinir və Beydulla Qarayev tərəfindən mənimsənilir. 5 km-lik yol 25-50 arası sənətlərdə artırılmaqdadır.

İl ərzində xəstəxanaya, eləcə də kənd həkimxanalarına və tibb məntəqələrinə dəftərxana ləvazımatı, kağız, qovluq, müxtəlif növ qələmlər və digər bu kimi sənədlər guya alınır, əslində isə heç də elə deyil.Sadəcə olaraq kənd tibb məntəqələri və həkimxanalarının rəhbərləri sənədlər imzalayırlar ki, guya alınıb, amma həmin dövlət vəsaiti Baş Həkim tərəfindən talanır.
Hacıqabul rayonunda 90 minə yaxın əhali yaşayır, 20-yə yaxın kənd həkim məntəqəsi var. (O cümlədən də “Talış kənd xəstəxanası 25 çarpayılıqdır. Dövlət tərəfindən əhalinin sayına uyğun olaraq əhaliyə 150 manatlıq dərman pereparatları verilir. Əfsuslar olsun ki, bu 150 manatlıq dərman pereparatlarını kənd həkim məntəqələri rəhbərləri baş həkimlə əlbir olub istədikləri yerlərdə, öz qohumlarının apteklərində satdıraraq pulları Beydulla Qarayevə çatdırırlar.

Ölümlə üz-üzə…

Cərrahiyyə şöbəsinə əməliyyat üçün gələn vətəndaşlar əməliyyat üçün lazım olan bütün tibbi ləvazımatları öz vəsaitləri hesabına alırlar. Son illər ərzində məhz bu xəstəxanada cərrahiyyə əməliyyatları zamanı iki xəstə dünyasını dəyişib. Bu onunla əlaqədardır ki, xəstəxanadakı bütün tibbi ləvazimatları baş həkim pulla satdırır. Halbuki bu ləvazımatlar MRX tərəfindən ödənilməlidir.

MRX-da xəstələrə verilən ərzaq mallarını da Beydulla Qarayev özü bildiyi kimi verir, özü istədiyi kimi də mədaxil və məxaric edir. Götürək ət məhsulunu, Ətin 1 kiloqramı bazarda 7 manat 50 qəpiyə olduğu halda, MRX 9 manata mədaxil edir. Ərzaq xəstələrin sayına görə verilməlidir. Hər xəstəyə 250 qram ət verilməlidir. Nəzərə alsaq ki, Hacıqabul rayon Xəstəxanasında kənd xəstəxanları ilə birlikdə gündə 100-200 xəstə qeydiyyatdan keçir bu da təxminən 45-50 kq-a yaxın edir. Baş həkimin istəyilə isə gündə ümumi xəstəxana üçün 3-5 kq ət ayrılır. Xəstəxanadan daha çox pul silmək üçün Beydulla Qarayev maraqlı plan qurub. Belə ki,xəstəxanada cəmi 10-12 xəstə olsa da rəsmi sənədlərdə bu rəqəm şişirdilərək 200 göstərilir. Beləliklə də bu “Ölü xəstə”lər hesabına Beydulla Qarayev külli miqdarda vəsait qazanır.

Yeni avadanlıq köhnə adı ilə necə silinir?

Mərkəzi Rayon Xəstəxanasında bilərəkdən Tibbi avadanlıqlara ögey münasibət bəslənilir, vaxtından qabaq silinərək mənimsənilir. 2010-cu ildə xəstəxana üçün alınan tibbi avadanlıqlar Beydulla Qarayevin göstərişi ilə silinərək Bakı şəhərində satılıb. Qeyd edək ki, Hacıqabul rayon xəstəxanası üçün dövlət büdcəsindən ayrılan külli-miqdarda pullar müqabilində Almaniyadan gətrilən diaqnostika aparatları da silinərək satılıb.Dövlət Hesablama Palatası tərəfindən 2013-cü ilin avqust-sentyabr aylarında Sabirabad MRX-da yoxlama aparılıb, nəticəsi açıqlanmayıb. Ona görə də Beydulla Qarayev özündən çox razıdır, qaranlıq və çirkin əməllərinə davam edir.

Beydulla Qarayev işlədiyi 2 ildən çox müddətdə bu işlərdən başqa dövlət büdcəsinə ziyan vurub və dələduzluq etmişdir. Belə ki, xəstəliklə əlaqədar pensiyaya çıxanlara verilən Forma-88-ləri də özü istədiyi kimi həll edir.Bu gün tək Hacıqabul rayonunda Əlillik Qrupu üçün verilən forma-88-in sayı 400-yə yaxındır.. Həmin sənədlər Əhalinin Əmək və Sosial müdafiəsi Nazirliyində öz təsdiqini tapmayıb. Bunun da günahkarı birbaşa Beydulla Qarayevdir.

“Ölü canlar” necə pul alır?

Kəndlərdə Tibb məntəqələri və Həkimxanaları yarıtmaz vəziyyətdədir boş- boşuna insanlara orada əmək haqları verilir. Misal olaraq birini gətirmək olar. Atbulaq kənd həkim məntəqəsidir ki, oranın müdiri çoxdandır heç işə gəlmir. Məntəqə də işləmir. Amma əmək haqqı alır. Ona görə ki, Beydulla Qarayevin “göstəriş və tapşırıqlar”ını layiqincə yerinə yetirir. Qızılburun, Udulu, Nəvahi, Qarasu, kənd həkim məntəqələri və sairə eynilə. Hacıqabul MRX-nın ümumiyyətlə kənd həkim məntəqələrinin işçiləri heç bir zaman yerlərində olmurlar. Lakin bu adamlar Beydulla Qarayevin qılıncının altından keçərək onun əməllərinə göz yumurlar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024