Mobil versiya
TƏKLİKDƏ AĞLAMAĞI SEVƏN "HƏRBİ KOMİSSAR"
Tarix: 24-05-2016 | Saat: 12:26
Bölmə:Manşet | çapa göndər



SHXÇDX-nin YASAMAL ŞÖBƏSİNİN RƏİSİ NAMİQ HÜSEYNOVUN EYNƏN ƏMİSİ KİMİ İCRA BAŞÇISI GETMƏSİ XƏBƏRİ YAYILSA, TƏCÜBLƏNMƏYƏ DƏYMƏZ
"Dördgünlük müharibə"də Milli Ordumuzun düşmənlə təmas xəttində baş vermiş toqquşmalarda əldə etdiyi qələbə Mais Bərxudarov kimi sözün hərfi mənasında döyüş generallarını cəmiyyətimizə tanıtsa da, eyni rütbəni daşıyan başqalarına da bir növ başını dik tutmaq imkanı qazandırdı. Aktivləşdilər və ucadan danışmağa başladılar. Sanki şəhidlərimizin qanı bahasına əldə edilən qələbə bütün hərbçi personala "bəraət" verdi. Səsi hündürdən gələnlər arasında elələri var ki, ürəkləri general Bərxudarov kimi geniş deyil, onlara hədiyyə edilmiş mənzili şəhid ailəsinə bağışlayacaq qədər qeyrətli deyillər. Əksinə, yeganə amalları tutduqları vəzifədən sui-istifadə edib var-dövlət, pul-sərvət toplamaq, yaxın ətrafındakılara cəmiyyətdə mövqe qazandırmaq, qohumlarına kəsə yolla karyera qurmaq və başqa bu kimi cılız ambisiyalarını həyata keçirməkdir.
Yaranmış vəziyyət Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və onların struktur vahidlərinin bundan belə qüsursuz, dəqiq işləməsini, şəxsi heyətin bütün üzvlərinin ayıq-sayıq olmasını zəruri edir. Buna isə sağlam psixika lazımdır.
SHXÇDX-nin Yasamal rayon Şöbəsinin rəisi polkovnik Namiq Hüseynovda psixopatlıq əlamətləri rəhbərlik etdiyi şöbənin əməkdaşlarına yaxşı məlumdur. Hər dəfə bu əlamətlər özünü büruzə verəndə işçilər - həm zabitlər, həm də mülki qulluqçular necə deyərlər, "girməyə siçan deşiyi axtarırlar". Yazıq katibəsi isə rəisin yersiz çığır-bağırından lap ürəkkeçmə azarına tutulub. Zaman - zaman Namikin bu sayaq xoşagəlməz davranışları bir kollektivə sığmayıb, cəmiyyətə də keçid alıb. Bir neçə il əvvəl o, hətta ATV-nin müxbirini də döymüşdü. Hərçənd, onu yaxşı tanıyanlar bilirlər ki, N. Hüseynov sosial nərdivanda özündən pilləcə aşağıda hesab etdiyi adamlara münasibətdə aqressiv rəftar sərgiləməyə cəsarət edir. Yuxarı rütbə və mənsəb sahibləri ilə (hətta birbaşa tabe olmadığı şəxslərə belə) münasibətə gəlincə, özü nə qədər haqlı olsa da belə, prinsipiallıq və cəsarət göstərə bilməz. Deyilənə görə, onun hətta təklikdə ağladığını da görən olub. Məhrəm məclislərdə bu mərəzi kontuziya aldıqdan sonra tapdığını desə də, bunun başqa tutarlı səbəblə - genetik amillə bağlı olduğu bildirilir. Əmisi Əliağa Hüseynov dövrün nəbzini tutmağı yaxşı bacaran adamdı. Lazım gələndə, yəni canı və karyerası üçün təhlükə yarananda hönkür-hönkür ağlayıb göz yaşı tökməyi də bilir (əlimizdə bu arqumentin təsdiqləyə biləcək məlumatlar var - red.). Elə ağlaya-ağlaya bir vaxtlar rəhbərlik etmiş olduğu Respublika Hərbi Komissarlığının ləğv olunmasını müşayiət edən antikorrupsiya tədbirləri çərçivəsində "komissar ovu"ndan özünü və qardaşı oğlunu salamat çıxara bildi. Özünü zavallı göstərib doğma Salyan rayonuna icra başçısı vəzifəsinə təyinat aldı. Burada olmazın oyunlardan çıxandan sonra məsuliyyət sormasınlar deyə "toxunulmazlıq statusu" qazanmaq üçün deputat mandatı da aldı. Bu nöqteyi-nəzərdən, əgər günlərin bir günündə N. Hüseynovun da eynən əmisinin yolu ilə gedib hansısa rayona icra başçısı vəzifəsinə keçməsi xəbəri yayılsa, təəccüblənməyə dəyməz.
P.S. Namiq Hüseynovun adı hərbi ictimaiyyət arasında hətta elə qeyri-məqbul, qaranlıq məsələlərdə hallanır ki, onları ictimailəşdirmək "komissar"ın sonunu sürətlə yaxınlaşdırardı. Amma həmin məlumatlar heç də birbaşa vəzifəsi ilə əlaqədar olmadığından, sadəcə oxucu marağını təmin etmək, tirajımızı artırmaq naminə onun karyerasının bitməsini istəmirik.

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq:
Kənan Məmmədzadə:



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024