Mobil versiya
Rusiya raketi Türkiyə helikopterini vurdu VİDEO
Tarix: 16-05-2016 | Saat: 12:24
Bölmə:Manşet | çapa göndər



Türkiyənin cənub-şərqində PKK ilə türk silahlı qüvvələri arasında şiddətli döyüşlər davam edir. Türkiyə silahlı qüvvələrinin Baş qərargahının yaydığı məlumata əsasən, mayın 15-də Şırnakda gedən döyüşlərdə türk ordusu daha 7 əsgərini itirib, PKK-çılar eyni vaxtda dörd istiqamətdən Türkiyə ordusunun mövqelərinə hücum etdiyi bildirilir.

Aia.az virtulaz.org-a istinadən bildirir ki, PKK-çıların da çoxsaylı itkilərə məruz qaldığı açıqlanıb.

Mayın 13-də gedən döyüşlərdə isə Türkiyə silahlı qüvvələri "Kobra" tipli döyüş vertolyotunu itirib. Baş qərargah vertolyotun "texniki nasazlıq" üzündən qəzaya uğradığını, iki pilotun həlak olduğunu bildirir. Lakin PKK-nın "GerillaTV" internet televiziyası vertolyotun Rusiyadan alınan "İqla" daşınan zenit-raket kompleksi ilə vurulduğunu əks etdirən videogörüntüləri yayıb.

Kadrlardan görünür ki, yüksək dağlıq ərazidə gedən döyüşlər zamanı kolluqda gizlənmiş PKK terrorçusu vertolyota "İqla"dan atəş açır, raketin hədəfə dəyməsi nəticəsində vertolyot havada parçalanır.

Türkiyənin Suriya ilə sərhəddə Rusiya bombardmançısını vurmasından sonra Moskva kürd separatçılarına dəstəyi artırıb. Suriyanın şimalındakı kürd qruplaşmaları Moskvada ofis açıblar, Türkiyədə PKK-ya bağlı kürd partiyasının lideri Moskvaya dəvət olunub və yüksək səviyyədə qəbul edilib. Rusiyanın PKK-ya silah dəstəyini artırdığı və bu qruplaşmaya daşınan zenit-raket kompleksləri də daxil olmaqla yeni silahlar verdiyi haqda məlumatlar yayılmışdı.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024