Mobil versiya
"Ruslar bizi vuracaqlar" - VİDEO
Tarix: 04-05-2016 | Saat: 15:36
Bölmə:Manşet | çapa göndər




"Günlərin birində Rusiyanın Azərbaycana satdığı hərbi texnika və silahları bizə qarşı azərbaycanlılarla birlikdə tətbiq edəcəyini istisna etmirəm".
Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin sabiq üzvü, Erməni Milli Hərəkatının idarə heyətinin rəhbərlərindən biri Hovanes İgityan 1in.am-a verdiyi müsahibəsində belə deyib.
O, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan ilə indiki dövlət başçısı Serj Sarkisyan arasındakı müzakirələr, görüşlər və məsləhətləşmələri çox yaxşı hal sayır.
"Bu təmaslar göstərir ki, Dağlıq Qarabağ təki təhlükəli məsələdə hakimiyyətlə müxalifət vahid mövqedən çıxış edir. 1997-ci ildə Levon Ter-Petrosyan Dağlıq Qarabağ problemini həll etməyə çalışdı. Lakin onun təklif etdiyi variant qəbul olunmadı, pisləndi və Ter-Petrosyan da istefa verdi. Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll plalına Serj Sarkisyan da etiraz etmişdi. 1997-ci ilin sonlarında Ermənistan Təhlükəsizlik Şurasının toplantısı yadımdadır. İndisə vəziyyət dəyişib, Ter-Petrosyan Qarabağ məsələsində Sarkisyanı dəstəkləyir, - H.İgityan deyib.
H.İgityanın dediyinə görə, Ermənistanın bütün ümidlərini Rusiyaya bağlamasının yanlış olduğunu zaman göstərdi, Dağlıq Qarabağdakı "dördgünlük müharibə" isə sübut etdi.
"MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, təhlükəsizlik və müdafiə məsələlərində Ermənistan-Rusiya əməkdaşlığı, Avrasiya İqtisadi Birliyi, habelə Rusiya-Qazaxıstan-Belarus triosunun işimizə yaramadığı bəllidir. Belə ümidlərdən əl çəkmək lazımdır. Yanlış sistem seçmişik. Rusiyadan asılılıqdan qurtulmalı, Moskvanın bizə dominionluğuna son qoymalıyıq. Hakimiyyətimiz o qədər deqradasiyaya uğrayıb ki, son şansdan da istifadə edə bilməyəcəklər. Serj Sarkisyan sanki Rusiyanın köləsidir.
Rusiya isə Azərbaycana silah və hərbi texnika satmaqla yanaşı, bu silahlardan necə istifadə etməyi Azərbaycana öyrədir. Günlərin birində Rusiyanın hərbçilərinin bu silahlardan azərbaycanlılarla birlikdə bizə qarşı istifadə etməsindən çəkinirəm. Bəli, belə gündən qorxuram, etiraf edirəm. Rusiya silah və hərbi texnikasının güclü, qüdrətli olduğunu bütün dünyaya göstərmək istəyir. Dağlıq Qarabağdakı "dördgünlük müharibə" bu planları tam reallaşdırmadığı üçün Rusiya bizi vura bilər. Daha doğrusu, belə davam edərsə, vuracaq", - H.İgityan deyib.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024