Mobil versiya
Ərdoğan Bakıya gəldi
Tarix: 25-04-2016 | Saat: 20:38
Bölmə:Manşet | çapa göndər

Ərdoğan Bakıya gəldi






Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana gəlib.

AIA.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğanı Esenboğa hava limanından dənizçilik və kommunikasiya naziri Binalı Yıldırım, prezidentin mətbuat katibi Fahri Kasırqa, Türkiyə Böyük Millət Məclisinin (TBMM) idarə sədri Salim Uslu, Ankara valisi Mehmet Kılıçlar və digər rəsmi şəxslər yola salıb.

Azərbaycana səfərində Türkiyə liderini həyat yoldaşı Əminə Ərdoğan, bir neçə nazir və məmurların olduğu heyət müşayiət edəcək.

***

Rəcəb Tayyib Ərdoğanın şərəfinə hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024