Mobil versiya
Erməni generalın ölməsi xəbəri təsdiqləndi
Tarix: 22-04-2016 | Saat: 18:55
Bölmə:Manşet | çapa göndər

Erməni generalın ölməsi xəbəri təsdiqləndi





Movses Akopyanın ailə üzvləri Müdafiə Nazirliyindən cavab ala bilmədikləri üçün mətbuatdan yardım istəyiblər

Artıq iki həftədən çoxdur ki, Dağlıq Qarabağda Ermənistan Ordusunun müdafiəsini təşkil edən erməni generalı Movses Akopyanın ölüm xəbəri mətbuatda geniş müzakirə olunur. JAM.AZ xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Akopyanın əyləşdiyi qərargah Azərbaycan Ordusunun artilleriyası tərəfindən açılmış atəş nəticəsində məhv edilb. Bunu Azərbaycanın Müdafiə Nazirliyi də təsdiqləyib.
Qeyd edək ki, Ermənistan tərəfi bu faktı maksimum dərəcədə gizlətməyə çalışır. Düşmən ölkənin Müdafiə Nazirliyi Akopyanla bağlı heç bir açıqlama verməməklə yanaşı, həm də bu barədə ümumiyyətlə, danışmaq istəməyib. Lakin cəbhə xəttində baş verən hadisələrin ilk günündə erməni mətbuatı belə bir məlumat yaymışdı ki, Movses Akopyan ağır yaralı vəziyyətdə İrəvandakı xəstəxanalardan birinə yerləşdirilib. Hətta mənbələr onun yaşamaq ehtimalının olmadığını da vurğulayırdılar.
JAM.AZ xəbər verir ki, erməni generalıq öldüyü və ya ağır şəkildə olduunu təsdiq edən başlıca faktlardan biri də budur ki, adətən Sarkisyan və Saakayanın yanında gəzən sözügedən şəxs son səfər zamanı ümumiyyətlə, görünməyib.
JAM.AZ erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi artıq fakt qarşısında qalıb. Belə ki, Movses Akopyanın qohumları və ailə üzvləri onun taleyi ilə bağlı düşmən ölkənin generallarına mütəmadi olaraq zənglər vururlar. Hətta bu məsələylə əlaqədar olaraq Ermənistan Müdafiə Nazirliyinə də müraciət ediblər. Lakin hər hansı bir cavab ala bilməyiblər.
Erməni mediasına müraciət edən generalın ailə üzvləri onlardan dəstək istəyiblər və bildiriblər ki, 20 gündən artıqdır Movseslə əlaqə saxlaya bilmirlər. Ona görə də, generalın harada olmasıyla bağlı araşdırma aparmalarını xahiş ediblər.
Erməni mətbuatı baş verənləri belə şərh edib ki, Movses Akopyanla bağlı müəmmalı vəziyyət səbəbsiz deyil. Onların qənaətinə görə, Akopyan ya öldürülüb, ya da ağır vəziyyətdə yaralıdır. «Ermənistan Müdafiə Nazirliyi maksimum dərəcədə məsələni gizli tutmağa çalışır. Amma nazirlikdəki mənbələr də təsdiqləyir ki, Movses Akopyan Azərbaycan Ordusunun açdığı atəş nəticəsində ağır yaralanıb, onun həyatını xilas etmək olmayıb. Görünür, Ermənistan hakimiyyəti indiki məqamda belə bir xəbəri təsdiqləməklə əhalini daha da qıcıqlandırmaq istəmir».

AIA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024