Mobil versiya
Vaqif Abdullayev barəsində ilginc iddialar...
Tarix: 20-04-2016 | Saat: 14:28
Bölmə:Manşet | çapa göndər

Vaqif Abdullayev barəsində ilginc iddialar...
Vaxtilə Vaqif Abdullayev Beyləqan rayon icra aparatının rəhbəri vəzifəsinə təyin ediləndə rayon əhalisi bu təyinata böyük ümidlər bəsləyirdi. Təzə başçının yerli dövlət idarəetməsində köklü dəyişikliklərə satart verəcəyinə xüsusi inam vardı. Lakin tələm-tələsik gerçəkləşdirdiyi "kadr islahatı"nın əslində başçının şəxsi ehtiyaclarına işlədiyi görüntüsü sadə beyləqanlıların diqqətindən yayınmadı. Bu mənzərə rəhbərlik etdiyi bölgəyə gəlir mənbəyi kimi baxan məmurun əsl niyyətlərini üzə çıxardı. Təsadüfi deyil ki, Vaqif Abdulayevin adı artıq daha çox qanunsuz büdcə və malyyə əməliyyatları ilə bağlı ağlasığmaz qalmaqllarda hallanır. Bu isə mövcud problemlərin həllindən yayınmağın necə deyərlər, klassik üsulu sayıla bilər. Dədə-babadan dərin və incə yumor hissinə malik beyləqanlıların qalmaqallı başçıya qoşduğu şəbədə və lətifələrdən danışmayacağıq. Bu barədə nəsə eşitmək istəyənlər qoy özləri qərar qəbul etsinlər, aran Qarabağın bu gözəl guşəsinə baş çəkib başçının əhvalatlarına qulaq kəsilsinlər. Rayondaxili yolların tikintisinə ayrılmış vəsaitinn xərclənməsində yol işçilərinin qazancın ortaqlıq, Rayonda tiknti-abadlıq işlərinə sərf olunduğu iddia edilən yüz minlərlə manatlıq müdhiş yeyinti icra aparatında zaman-zaman yer alan biabırçı olaylar belə qalmaqalların sırasındadır. Gundelik-baku.com-un məlumatına görə, başçının büdcə vəsaitinin xərclənməsində rəvac verdiyi maxinasiyalara atılan "xeyir"siz imza müəllifləri olan məmurların vəzifəsini könüllü tərk etmək məcburiyyətində qalması da müzakirə olunan olaylar sırasında yer alır. Bütn bunların fonunda rayonda meydan sulayan başçı əməllərinin cəzasız qalacağından deyəsən, arxayın düşüb. Fermerlər artıq başçının iştahına sözün həqiqi mənasında quzu kəsməkdən bezmiş kimi görünür. Bunlar Beyləqanda tutalım, yerli icra nümayəndəsi təyin olunmağın "bədəli" ilə müqayisədə demək olar ki, xırda-mırda şeylərdi. Yaxud, məsələn, hansısa dövlət əhəmiyyətli tikintinin aparılması şansı və ya adi yol tikintisi idarəsinin müdiri vəzifəsinə təyinat məktubunun təsdiqinin "tas"ı az qala başçının idarəçilik metodlarının tərkib hissəsinə çevrilib. Bildiyimiz odur ki, qonşu rayonlardan fərqli olaraq Beyləqanda hökm sürən indiki ictimai-siyasi durum əhalinin ciddi narazılığına söykənir. Bu amil isə başçının biabırçı sonunu yaxınlaşdırmaqdadır. Qeyd edək ki, Vaqif Abdullayevin gerçəkləşdirdiyi sahibkarlığın inkişafına sözdə dəstək taktikası bir müddət özünü doğrultsa da, sonradan öz mahiyyətini biruzə verib. Artıq rayonda uşaqdan-böyüyə hamı bilir ki, başçı cənabı hansı konkret tərəfdaşlarla işbirliyi qurub, necə qazanc götürür. Yeri gəlmişkən, bəzi məlumatlarda icra başçısının rayonda yeni tikilmiş iri sahibkarlıq obyektlərinin gəlirlərinə ortaqlığı da iddia olunur. Nəzərə almaq lazımdır ki, bölgə iqtisadiyyatının əsasını kənd təsərrüfatı sektoru təşkil edir. Bu sahəyə ayrılan subsidiyaların faizlərinin qeyri-qanuni "şişməsində" kənd təsərrüfatı nazirliyinin yerli nümayəndələri ilə birlikdə rayon rəhbərliyinin də böyük rolu danılmazdır. Başçının yaxın çevrəsinə aid olanları nəzərə almasaq, yerli fermerlərin böyük əksəriyyəti təsərrüfatlarının genişləndirilməsində, istehsalı müasir tələblər səviyyəsində yeniləməkdə maraqlı olduqları halda illərlə subsidiya üzünə həsrət qalıblar. Beyləqanın zəhmətsevər camaatı, xüsusən rayonun kənd əhalisi fermerlərə ayrılan müxtəlif təyinatlı ödəmələrin "pripiskasından" da çox narahatdır. Lakin bu narahatlıqları rayon səviyyəsində eşidən, ona reaksiya verən yoxdur. Qəribə də olsa, rayon rəhbərliyinin illik hesabatlarında Beyləqan az qala yer üzünün cənnət guşəsi qismində təqdim olunur. Bu isə "yuxarı" instansiyalara yalan məlumat vermək kimi yozula bilər. Dövlət rəhbərliyi bölgələr üzrə informasiyaları onsuz da müxtəlif mənbələrdən əldə edir. Alınan məlumatlar təbii ki, təhlil edilir ki, bu da düzgün nəticə əldə etməyə imkan verir. Onsuz da rayondakı sosial-iqtisadi vəziyyətlə bağlı ölkə rəhbərliyinə verilən informasiyaların doğruluğuna yerli və yuxarı səviyyələrdə şübhələr günbəgün artır. Əhalinin məşğulluğu ilə bağlı rayon icra aparatının rəsmi məlumatları da bu qəbildəndir. Məlumatın həqiqətə uyğun olmadığını görmək üçün pifaqorluq etməyə lüzum yoxdur. Statistik araşdırmalardan görmək olar ki, əmək qabiliyyətli əhalinin məşğulluğunun təminatında xeyli boşluq var. Rayonda son bir neçə ildə aparılan tikinti-abadlıq işlərinə cəlb olunan sahibkarlar ilk vaxtlar bu dəvəti müsbət qarşılayaraq həvəslə işə gürüşmişdilər. İcra başçısının adından verilən sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirirdilər. Lakin görülən işlərin dəyərinin ödənilməsində yer alan ləngimələr sonradan sahibkarlara qarşı total "dələduzluğa" çevrildi. Bu gün hansı sahibkarın icra başçından nə qədər alacağı olduğunu konkret söyləməyə ehtiyac yoxdur. İcra başçısı ola bilsin, hər şeyi hamıdan gözəl bilir ki, kimə nə qədər verəcəyi var. El içində "hamam suyuna dost tutmaq" kimi dəyərləndirilən bu əməllər sahibkarlığın ən ağrılı yeridir. Bir vaxtlar Xızı rayonuna rəhbərlik etmiş Vaqif Abdullayev deyəsən mehrini Xızıya salıb. Bunun da özəl səbəblər olmamış deyil. Deyilənə görə, Vaqif Abdullayev Xızıdakı obyektlərinin sayı və çəkisinə görə Xızının icra başçısı Xəzər Aslanovla rəqabət aparmaq gücündədir. Beyləqanın icra başçısının Xızıda qurduğu biznes əlbəttə ki, Xəzər Aslanovun narahatlığını xeyli artırsa da, bunun qarşısına sədd çəkməkdə gücsüz görünür. Əldə etdiyimiz ən son məlumata görə, yaz-yaz vaxtı yetişəndə başçını Beyləqanda çətin tapmaq olur. Rayondakı işləri yaxın çevrəsindəki adamına həvalə edən rəhbər həftəbaşı deyilənə görə, Xızıya istirahətə üz tutur. Hətta paytaxtdakı milyonluq villasını və şərikli obyektləridəki maliyyə-biznes işlərini də boş buraxmaq kimi risqli addımlara qol qoyan icra başçısının yaxın çevrəsi onun varidatının uçotunu aparmağa ayıracağı vaxtın yoxluğundan gileylənir. Səbəbini biz də bilmirik. Odur ki, rica edirik, bilənlər redaksiyamızı məlumatlandırsın... Qarşı tərəfi də dinləyə bilərik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə