Mobil versiya
Azərbaycanda sabiq icra başçısı 8 il azadlıqdan məhrum edilib
Tarix: 20-04-2016 | Saat: 14:12
Bölmə:Manşet | çapa göndər



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri ittiham verilib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məhkəmənin hazırlıq iclasında o həbs edilib.

Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024